Əti çox yeyənlər qəbizlik problemi yaranmaması üçün gündə mütləq ən azı 2 litrə qədər su içməlidirlər.
Bundan əlavə, çoxlu meyvə-tərəvəz yemək də məsləhətdir. Həzm
problemi və ya xolesterolu olanlar, həmçinin ürək və qaraciyər
xəstəliklərindən əziyyət çəkənlər də çox ət yeməməlidirlər. Heyvan
mənşəli proteinlərlə zəngin olan qidalardan istifadə edənlərdə qalın
bağırsaq xərçənginə yoluxmaq ehtimalı daha yüksəkdir.
Mərcimək, noxud, quru lobya kimi paxlalı bitkilər əslində həm
orqanizmin protein ehtiyacını ödəyir, həm liflə zəngin olduğu üçün
xolesterolu aşağı salır, həm də qəbizlik problemini aradan qaldırır.
Buna görə də ətdən çox, belə məhsullardan istifadə etmək daha
məqsədəuyğundur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.mənbə:Xazar.com
|