Main » 2009»Fevral»7 » Yaponiyanın «Subaru» avtomobil şirkəti yeni 4-qapılı sedan modelinin istehsalına hazırlaşır
Yaponiyanın «Subaru» avtomobil şirkəti yeni 4-qapılı sedan modelinin istehsalına hazırlaşır
16.35
«APA-ECONOMICS»in
məlumatına görə, ən maraqlısı odur ki, model arxa hərəkətə gətirmə
mexanizmi ilə təchiz olunacaq. Yeni modelin həmçinin xetç-bek (beş
qapılı) versiyasının istehsalı da istisna edilmir. Yeni model
idmansayağı üslubda buraxılacaq, lakin «Subaru Impreza» modelindən bir
pillə aşağı dayanacaq. Avtomobilin satışa çıxarılması vaxtı hələ məlum
olmasa da, yeni model artıq ilkin sınaqdan keçirilir.
Bundan başqa, şirkət yeni «Subaru Legacy» modelinin istehsalına da
başlayıb ki, 2009-cu ilin yanvar ayında bu model Detroytda keçiriləcək
avtomobil sərgisində, yazda isə kütləvi istehsala çıxarılacaq model
Yaponiyada nümayiş olunacaq. Gələn ilin sentyabr ayında isə bu model
Avropa avtomobil bazarında satışa çıxarılacaq. Qeyd edək ki, 2009-cu
ildən etibarən Yaponiya istehsalı olan bütün avtomobillərin satış
qiyməti təxminən 15% artacaq. Buna səbəb son vaxtlar dünya valyuta
birjalarında Yaponiya milli valyutasının (yen) məzənnəsinin ABŞ
dollarına qarşı yüksəlməsi prosesidir ki, bu da, öz növbəsində
Yaponiyadan ixrac olunan malların qiymətinə təsir edir.