Main » 2009»Yanvar»30 » «Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı yalnız qoymayacağıq».
«Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı yalnız qoymayacağıq».
15.06
«Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı yalnız qoymayacağıq». ANS PRESS-in CNN Türk-ə istinadla verdiyi məlumata görə, bunu bu gün Davosda keçirilən İqtisadi Forum çərçivəsində Ermənistanın prezidenti Serj Sarkisyanla görüşəcək olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. «Bizim bütün danışıqlarımız Azərbaycanla bağlıdır. Bunu da Ermənistanın başa düşməsi, lazımi mövqe nümayiş etdirməsi lazımdır. Konkret olaraq bizim mövzumuz Türkiyə-Ermənistan arasındakı münasibətlər deyil». O, bildirib ki, əgər Ermənistan səmimi bir davranış sərgiləsə, görüşlərdə yol xəritəsi müəyyənləşdirilə bilər. Ərdoğan Azərbaycan və Ermənistan prezidenti İlham Əliyev ilə Serj Sarkisyan arasında keçirilən görüşə də münasibət bildirib. «Yol, işlər davam edir. Amma hələlik nəticə mərhələsində deyillər». Ərdoğan Sarkisyanla görüşündən öncə Azərbaycan prezidenti İlham Əliyev ilə görüşəcək.
bunu xatemin de cox deyib.ancaq olen her zaman muselmanlar olub.erdogan iki agir cumle isledibse buna gore cox sevinmeyin.erdoganin ozu de yaxsi bilir ki tr israille reqabet aparacaq gucde deyil.ona gore de dedikleri havaya ucur.ya demeyib emel etmelisen ya da demeyib sakitce yerinde oturmalisan.mence lazimsiz reklam idi.