Moskva şəhərinin Timiryazevski
rayonu ərazisində yerləşən avtomobil dayanacağındakı gözətçi köşkündə
yanğın baş verib. Köşkdə gözətçi işləyən Mənsur Səlimov adlı
soydaşımızın elektrik sobası ilə ehtiyatsız davranması nəticəsində
köşkü alov bürüyüb. Həmin vaxt isə içəridə Mənsurun qalın dəri
ködəkçəsi, papağı, şərfi, kecə yemək üçün aldığı ərzaq, pasportu,
habelə Qurani-Kərim olub. Alov bir anın içində böyüdüyündən Mənsur
içəridən heç nəyi götürə bilməyib, sadəcə, özünü xilas etmək üçün
bayıra atıb.
Az sonra hadisə yerinə yanğınsöndürənlər gələrək alovu
ram edə biliblər. Amma köşk yanaraq külə dönüb. Yanğınsöndürənlər
gedəndən sonra Mansur gözlərinə inanmayıb: köşkdə hər şey külə dönsə
də, Qurani-Kərimə və Mənsurun pasportuna - Mansur onu nədənsə müqəddəs
kitabın altına qoyubmuş - heç bir xətər toxunmayıb.