Main » 2009»Yanvar»26 » Azərbaycan Ordusunun əsgəri intihar edib:
Azərbaycan Ordusunun əsgəri intihar edib:
14.36
Azərbaycan Ordusunun əsgəri intihar edib. Gəncədəki «N» saylı hərbi hissədə xidmət edən 24 yaşlı əsgər Elbrus Mübariz oğlu Rəhimov özünü qulluq etdiyi hərbi hissədə asıb. Bu barədə məlumatı ANS PRESS-ə əsgərin qardaşı Pərviz Rəhimov məlumat verib. Mərhumun yaxınının sözlərinə görə, o qardaşı ilə yanvarın 23-də telefon ilə danışıb. Telefon danışı zamanı Elbrus ona heç bir şikayəti olmadığını deyib. Ertəsi gün isə hərbi hissədən onlar zəng edərək əsgərin intihar etdiyi bildirilib.Onun meyiti artıq ailəsinə təhvil verilib. Qardaşının sözlərinə görə, Elbrusun üzərində intihar ilə bağlı heç bir iz olmayıb. Qeyd edək ki, 1985-ci il təvəllüdlü Elbrus Rəhimov 2008-ci ilin iyun ayında Nərimanov rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdı.