Yerli
bəstəkarların mahnıları hansı qiymətə satması əvvəllər müğənni ilə
bəstəkar arasında gizli saxlanılırdısa, son zamanlar bu, açıq-aşkar
mətbuata da sızmağa başlayıb. Ulduzlarımıza necə, həmin qiymətlər sərf
edirmi? Bu məbləğ onlar tərəfindən ödəniləcəkmi? «Sarı» bəzi
bəstəkarların bir mahnı üçün aldıqları qonorarları açıqlayıb. Eldar Mansurov - 2500-5000 manat
Faiq Sücəddinov - 2000-2500 manat
Gövhər Həsənzadə - 4000-6000 manat
Nailə Mirməmmədli - 2500-4000 manat
Vüqar Camalzadə - 2000-5000 manat
Elçin İmanov - 1500-3500 manat
Nadir Əzimov - 1500-2500 manat
Xanım İsmayılqızı - 1500-2500 manat
Tahir Əkbər - 1000-2000 manat
İsa Məlikov - 3000-5000 manat
Tunar - 1500-2500 manat
Ramal - 2000-4000 manat
Vüsalə İlyasova - 1500-3500 manat
Eyyub Yaqubov: ««Yağış» mahnısına görə Aygün Səmədzadəyə150 dollar vermişəm»
- Sənətə yeni başlayanda bəstəkarlara mahnıya görə pul ödəyirdim;
məsələn, Aygün Səmədzadənin «Yağış», Nadir Əzimovun isə «Mənə dəniz
verin» mahnılarına görə 150 dollar pul vermişəm. Amma hazırda mahnıya
görə bəstəkara heç nə vermirəm.
Aybəniz Haşımova: «Mahnının üstündə biznes qurmaq düzgün deyil»
- Mən heç vaxt bəstəkara mahnıya görə pul ödəməmişəm. 30 ildir
sənətdəyəm, mahnının indi-indi pulla satıldığını görürəm. Mahnının
üstündə biznes qurmaq düzgün deyil. Mahnı, məncə, sənət xətrinə
yazılmalıdır. Əfsuslar olsun ki, bəstəkar adı altında gizlənən və belə
şeylərlə alver edənlər dediklərimə riayət etmirlər.
Xatirə İslam: «Xanım İsmayılqızı 1 mahnıya 3000 manat alır»
- Yeni sənətə başlayanda bir çox bəstəkarlar məndən mahnıya görə pul
alırdılar. Elə indinin özündə də istəyirlər. Bir neçə il bundan qabaq
Xanım İsmayılqızı mənə 1 mahnıya görə 1000 dollar pul aldı. Daha sonra
prezidentə ünvanlanmış mahnı bəstələməyi xahiş edəndə məndən həmin
mahnıya görə 3000 manat pul istədi. Ən əlçatmaz bəstəkar Gövhər
Həsənzadə hesab edilir. Amma o, heç vaxt məndən mahnıya görə pul
götürməyib.
Elnarə: «Həmin bəstəkarlardan mahnını 500 manata alıram»
- Əvvəllər adı siyahıda olan bəstəkarların 80 faizindən mahnını pulla
alırdım. Qiymətlərin qalxmasına baxmayaraq, bəstəkarlara mahnıya görə 5
il bundan əvvəlki qonorarı ödəyirəm - 300-500 manata qədər. Təbii,
aramızda o qədər dostluq yaranıb ki, hərdən mahnını hədiyyə belə
edirlər. Məncə, bu yeni qiymətlər sənətə yeni başlayan ifaçılar üçün
nəzərdə tutulub.