Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-04-28, 18.25MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2009 » Yanvar » 20 » Qanlı Yanvar:
Qanlı Yanvar:
13.29
 Nəticədə 170 nəfər həlak olanlar, 400-ə yaxın yaralanlılar oldu. Bunların içində asudə insanlar: gənclər, uşaqlar, qocalar və qadınlar da var idi, hətda polis vehərbi qulluqçular da.

 Şəhərə ordunun girməsi və fövqəladə vəziyyətin elan edilməsi, SSRİ Ali Sovetinin 19 yanvar 1990-ci il tarixli qərarı və Qorbaçovun qolu ilə olmuşdur. Bu akta SSR-i Ali Sovetinin razılığı yalnız ordu girəndən 7 saat sonra elan edilmişdir.

 Ordunun girməsilə Bakıda və bütün Azərbaycanda adi camaata qarşı görünməmiş cinayətlər başlandı. Helsinin və Vyana razılıqlarına qol çəkmiş bir hökumətdə insan hüquqları görünməmiş dərəcədə pozuldu.

 Bakının zəbt olunması DİN-nin, DTK-nin və müntəzəm Sovet ordusunun hissələrilə müdafiyə naziri Yazovun komandanlığı altında həyata keçirildi. Heç bir xəbərdarlıq edilmədən şəhərin mərkəzində, kənarlarında milliyətindən, yaşından, cinsindən asılı olmayaraq sülhpərvər insanlara atəşlər açıldı. Belə vəhşiliklər şəhərətrafı qəsəbələrdə harada ki, əsasən azərbaycanlılar yaşayır və heç bir talan-tapmar (ordu bu adla girmişdi) ola bilməz, edilirdi. Hətda qadağan olunmuş silahlardan, güllələrdən də istifadə olunurdu. Hamıya məlumdur ki, güllə milliyət tanımır. Bu fəlakətli gecə əskərlər yaralılara qarşı da mərhəməti unudaraq, xəstəxanalarda işıqları söndürdülər, “təcili yardım” maşınlarına atəş açırdılar, ağır yaralılara yerindəcə qətlə yetirirdilər. Hətda öz vəhşiliklərinin izini itirmək üçün meyitləri yandırıb, gizlədirdilər. Məhz buna görə də respublikada yüzlərlə adamlar itmiş hesab olunurlar.

 Yanvarın 20-də bu vəhşiliklərə Bakı Ali Hərbi məktəbinin milliyətcə müxtəlif bir neçə yüz nəfər kursantları etiraz əlaməti bildirdilər və Salyan kazarmasında olan hərbi sürsat anbarının bir hissəsini ələ aldılar. Bundan başqa meyitlərin və yaralıların dənizlə başqa yerə aparılmasını eşidən 50-ə yaxın mülki gəmilər və neft tankerləri Bakı buxtasını dövrəyə aldılar və onlar ara-sıra Sovet Ordusunun hərbi gəmiləri tərəfindən atəşə məruz qalırdılar.

 Şəhər cəbhə xəttini xatırladırdı. Iki miliyonluq şəhərin, harada ki, neft, qaz idtehsal olunur üstündə raketlə silahlanmış hərbi vertolyotlar fırlanırdı. Bütün ərzaq anbarlarını ələ alaraq, dükanlara aparmağı qadağan edirdilər. Dərmanların çatışmamazdlığından (Moskva dərmanların gətirilməsinə imkan vermirdi) yaralılar ölürdü.

 1990-ci il yanvarın 22-də Sovet Hərbçilərinin binaların daşında yerləşdirdiyi pulemyotların ağızı altında, günahsız güllələnmiş qurbanları 1,5 milyona yaxın xalq axırıncı yola saldı. Bakı öz oğlan və qızlarını: azərbaycanlıları, rusları, yəhudiləri və başqa millətlərin nümayəndələrini yola salırdı. Dağlıq parkda “Şəhidlər xiyabanı” yerləşir. Burada Azərbaycanın azadlığı uğrunda öz canlarını qəhrəmancasına vermiş oğlan və qızlarımızın qəbirləri yerləşir. Şəhidlər Xiyabanına bütün azərbaycan xalqı səcdə edir. Hər il yanvarın 20-də azərbaycan xalqı kecmiş SSRİ başçılarının: Qorbaçovun, Yazovun, Bakatinin, Primakovun, Kryuçkovun və Vezirovun sayəsində qəhrəmancasına şəhid olmuş vətəndaşlarımızın xatirəsini yad edir.

 Istintaq komissiyasının verdiyi məlumata görə bu əməliyyatda 20 min hərbçilər, yüzlərlə tanklar, yüzlərlə başqa zirehli hərbi texnika, hərbi-nəqliyyat təyyarələri və bir neçə növ (HHQ, DİN, DTR) hərbi hissələrin hərbiçiləri iştirak etmişlər.

Category: Azərbaycan | Views: 961 | Added by: psiko_turanci | Rating: 0.0/0
Total comments: 5
2009-03-29
5. ceka (evrika) [Giriş ]

allah rehmet elesin

2009-01-21
4. Xudaverdi.M (psiko_turanci) [Giriş ]

Şehitlerimizi yad etmek borcumuzdur.

2009-01-21
3. Vusale (Vuska) [Giriş ]

Allah butun sehidlerimize rehmet elesin!
Qebirleri nurla dolsun, mekanlari cennet olsun.

2009-01-20
2. feride (angel_1) [Giriş ]

allah butun shedilerimize rehmet etsin.qebirleri nurla dolsun.insallah xalqimiz qisasini alar ve yalniz o zaman biz shediler xiyabanina alni aciq gederib,onlari urekle ziyaret ederik........................................................

2009-01-20
1. gulnar (clumsy) [Giriş ]

psiko_turanci etrafli melumata gore sene derin minnetdarligimi bildirirem

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024