Bu gün bütün Azərbaycan 20 Yanvar faciəsinin 19-cu ildönümünü qeyd edir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıya daxil olaraq, günahsız paytaxt sakinlərini qətlə yetiriblər. Bu gün Azərbaycanın tarixinə «Qanlı yanvar» kimi yazılıb. O, vaxtlar Azərbaycanda Azadlıq hərəkatının getdikcə güclənməsi, rəsmi Moskvanı narahat etməyə başladı. Məhz buna görə də Azərbaycana əlavə silahlı qüvvələrin yeridilməsi üçün SSRİ Dövlət Təhlükəsizlik Komitəsi yanvarın 13-də Bakıda ermənilərin qovulmasını təşkil etdi və bunu Azadlıq hərəkatının qəddarlığı kimi qələmə verdi. Krasnodar, Kuban, Saratov vilayətlərindən ehtiyatda olan zabitlər, eləcə də Pskov və Tver desant diviziyaları Azərbaycana yeridildi. Rəsmi Moskva, qoşunlara guya respublikada olmayan stabilliyi yaratmağı əmr etdi. Beləliklə, yanvarın 19-dan 20-nə keçən gecə sovet hərbi texnikası və xüsusi təyinatlıları Bakıya əsasən Biləcəri, Sabunçu, Qurd qapısından daxil olaraq, sakinlərə qarşı bütün silahlardan istifadə etdi. Bir neçə saat davam edən qırğında 131 nəfər dinc sakin qətlə yetirilib, 250 -dən çox insan yaralanıb. Çoxları 20 Yanvar hadisəsini faciə hesab etsə də, əksəriyyət bunu qəhrəmanlıq tariximizin bir səhifəsi kimi qiymətləndirir.
Allah rehmet elesin!
|