Azərbaycan Ordusunun əsgəri şəhid olub. ANS PRESS-in məlumatına görə, ermənilərin cəbhənin Fizuli rayonu, Aşağı Əbdürəhmanlı kəndi istiqamətində atəşkəsi pozması nəticəsində 18 yaşlı Qaradağ rayon Kolgöz qəsəbə sakini Muradxan Sətixan oğlu Dəmirçizədə döş qəfəsindən aldığı güllə yarasından dünyasını dəyişib. M. Dəmirçizədə 2007-ci ilin yanvarında Qaradağ rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabioğlu ANS PRESS-ə faktla bağlı hələlik məlumatı olmadığını bildirib.
Ermeniye lenet olsun. Muradxan qardaşımızada Allah rehmet elesin.Ailesine ve yaxınlarına derin hüzünlü baş sağlığı verirem.Başımız sağ olsun.Muradxan qardaş öz canını vetene qurban etdi.Allahda inşallah yerini cennet eder. inşallah.