Ayın sonunda evə 440 səhifəlik ödəmə qəbzi gəlib ABŞ-ın Kaliforniya ştatında 13 yaşında bir qız mobil telefonundan 1 ayda 14528 mesaj göndərib.
“New York Post” un məlumatına görə, Greg Hardesty adlı şəxs evinə gələn
440 səhifəlik telefon ödəniş qəbzini görəndə dəhşətə gəlib. Telefon
şirkətinin səhvə yol verdiyini düşünən Greg Hardesty qəbzdəki rəqəmləri
hesablama maşını ilə hesablayıb. Hesablama nəticəsində məlum olub ki,
həmin şəxsin 13 yaşlı qızı Reina ötən ay gündə 484 SMS göndərib. Belə
çıxır ki, yeniyetmə qız 2 dəqiqədə bir mesaj yazıb. Qızının
hərəkətindən təəccüblənən ata onun mobil telefondan istifadəsini
qadağan edib.
“Əgər ayda 30 dollar sabit ödəmə ilə limitsiz
SMS göndərmək tarifinə qoşulmasaydıq, ötən ay üçün 2905 dollar (1 mesaj
= 20 sent) ödəməli olacaqdıq”, - deyə ata bildirib. .