Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Çərşənbə axşamı, 2024-05-07, 16.57MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Dekabr » 30 » Sarı Gelin..
Sarı Gelin..
19.20
 

Mən Sarı Gəlin... Torpaq qədər yaşlıyam..Dünya qədər..Tarix qədər...Sizin gəlininizəm..Sizin övladınız..İndi yad ağızlarda anlamsız bir mahnı olmuşam birdən-birə..Hardasınız?
Mən Sarı Gəlin... Xoşbəxtliyə həsrət...Kimsəsiz..yetim..Nə qədər uzaqdasınız..

İndi “Arsax” dedikləri(((( bu torpaq-mənim Qarabağımdır.. İndi bu torpaqda gəzənlər yadlardır..Bu nəğmə mənimdir.. Çalanlar yadlardır..Hansı tərəfə baxıramsa insanlar mənə yaddır burda..Hansı dodaqlarda oxunsam o dodaqların soyuqluğundan üşüyürəm..Saxta bir təbəssümlərdən bezmişəm..Hardasınız?
Artıq saçlarım da uzun deyil..Bakıda kəsdilər onları..20 yanvar 1990-cı ildə..Xocalıda qopardılar kökündən 26 fevral 1992-ci ildə..Harada sahibsiz cəsəd tapsanız mənim saçımdan bir tel dağılıb o cəsədin tapıldığı yerə..Xəzərə atıldı başsız bədənlərim..Hardasınız?

Mən Sarı gəlin.. Mənə sahib çıxmaq istəyənlərin, özünküləşdirmək istəyənlərin sayı hər gün artır...Bəs siz hardasınız? Niyə sahib olduğunuz haqqımı nahaqların ayağına atırsınız?
Mən Sarı Gəlin... Quzularım dağılmış..Çoban yoxdur artıq..Duman çıxmır bacalardan daha..
İçimdən nələr keçir? Ürəyimdə nələr var bilirsinizmi? Bilməzsiniz...Bilməzsiniz.. Artıq nəğmələrimiz də eyni akordda deyil..Sizin idealarınız çata bilmir mənim məskən saldığım dağlara..Bəhanələr uydurmaqla məşğulsunuz vicdanınıza...Qorxularınıza uyğun yalanlar uydurmaqla məşğulsunuz..
Mən bir ölüyəm artıq.. Sizləri görürəm bəzən..Oxşamaq istəyirəm.. Əllərim zəncirlidir...Haraylamaq istəyirəm sizləri..Ağzım bağlıdır..Ağlayıram..Nəfəsim məzaplıqdakı otları tərpədir bəzən..

Məni kimlərə buraxdınız belə? Bir nəğmə səslənir uzaqlarda..həzin bir səslə..İnsanları igid, atların kəhər olduğu zamanlardan..
Nəbinin bığları eşmə-eşmədi
Papağı güllədən deşmə-deşmədi
Nəbinin atını bir at keçmədi
Qoy sənə desinlər ay qoçaq Nəbi.

Doğurdanmı Nəbini öldürdülər? O kəhər atlar yoxdu daha eləmi? “Torpaqdan pay olmaz”dedilər...Pay oldu eləmi? Nəbi öldü...Əyər Nəbilər öldüsə...Mən burda əbədi dustaqmı qalacağam? Əsir torpaqlarda, yad ağızlarda..
Hər sabah dolaşıram o dağları, içimdə yüzillik həsrət..Saçlarını oxşayıram yetim uşaqların..Mənə baxıb ağlayırlar.. Onların məzarlarını kimə əmanət etdiniz? Fatihələri nə ilə göndərirsiniz? Hələ şən mahnılar çalırsınız? Hələ o mahnıları dinləyirsiniz? Yaxşı, hansı üzlə?...
Mən Sarı Gəlin..Mən bir sirr deyiləm..Bir sehir..bir həyəcan.. Mən ümidi əlindən alınmış bir Azəri-Türk gəliniyəm.. Hər gəlinin duvağında məndən nişanə var...
Qarabağda talan var
Gözü yolda qalan var...
Mən o talan olan yurdların gözü yolda qalanıyam..Saçlarını yolanıyam..
Bir kişinin yetim qalan balasıyam mən
Bu dünyadan qisasımı alasıyam mən..
Gidi dünya..
Hansı igidin, hansı acının qisası alındı ki, ümidlə səslənirəm? Mənimlə bərabər ümidləriniz də qaldı vəhşi erməni alçaqlarının əlində deyəsən..Bütün məsəllərimiz torpağa basdırıldı, bütün dastanlarımız yarımçıq qaldı...Kimliyimiz bu daş abidələrin altında..Ağbirçəklərin dodaqlarında əbədi bir ağı, ağsaqqalların dodaqları möhütlü..Üzləri daşlaşmış..
Mən Sarı Gəlin.. İşğal altındakı torpaqlardan səslənirəm.. Duyursunuzmu?
Bu oyun nə oyundur?
Sizi mənə verməzlər...
Məni sizə verməzlər...
Category: Maraqli və Lazımlı | Views: 766 | Added by: psiko_turanci | Rating: 5.0/1
Total comments: 4
2009-01-04
4. Elmeddin (MisterQEM) [Giriş ]

Xudaverdi.M

Bilirsən nə var.
Sən deyən kimidirsə onda niyə az qala 20 ildir Qarabağı yuxuda görürəm.
Bu siyasətdi,mən burda açıqlama verməyəcəm.Çünki mən hələ cavanam.
Amma özün düşün,oxu,bil Axı Allah sənə beyin verib.
Bilirsən əslində Azərbaycanın Qarabağ yox NEFT problemi var.


2009-01-02
3. Xudaverdi.M (psiko_turanci) [Giriş ]

[size=13]Her bir azerebaycanlının üreyi veten eşqi ile döyünse bu gün QARABAĞ bizde olardı.
O ki qaldı kim verib o alsın veren adam almaz onu biz almalıyıq sen,men hamı bir sözle hamı bir olmasa heç ne etmek mümkün deyil.

Elmeddin qaqaş senin yat yuxuda göreceksen sözün heç de qulağa xoş gelen bir söz deyil.Biz Qarabağ baresinde zarafat yox ciddi danışırıq.Men eger çxlarına baxıb hereket elesem onda heç bir qelebeye nail ola bilmerem.Hamı hamıya axıb onun kimi olmalı deyil eger söz Qarabağdan gedirse zaman birlik ve beraberlik lazımdır demek.
İnşallah az qaldı biz Qarabağımızı alacağıq bu yolda bize ne xainler ne düşmanlar mane ola bilmeyecek..[/size]


2009-01-02
2. Elmeddin (MisterQEM) [Giriş ]

Bilirsən,Əzizim.
Məncə sən bunları bizdən yox,yiyəsindən soruşmalısan.
Torpağı mən vermədim ki məndən soruşursan.
Bir az real ol.
Kim verib ondan soruş.Qarabağı görmək istəsənyatmamışdan əvvəl Qarabağı fikirləş onda yuxuda görəcəksən.
Mən belə edirəm,sən də et.(kinayə)

2009-01-01
1. gulnar (clumsy) [Giriş ]

hec kim komment yazmiyib...ele burdan gorunur veten sevgisi,hesret,ancaq sozlerde "sizlayan" vicdan.hansi vicdandan danisiram ki eger geceler rahat yatiramsa,hec ne olmamis kimi...dile geldi duygular?yox,dile gemeyi kifayet deyil...

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024