Çağdaş
Azərbaycan şeirinin ən dəyərli imzalarından biri Xaqani Hass-ın çoxdan
gözlənilən şeirlər kitabı nəhayət ki, işıq üzü görüb. Hazırda Türkiyədə
yaşayan istedadlı şairin "Böyüməyə Prolegomena" adlı kitabı da məhz
qardaş ölkədə nəfis tərtibatda çap olunub.
Xaqani Hassın şeirləri öz dili və sürreal tərzi ilə Azərbaycan şeirində tamamilə yenidir.
"Şeir
mənim üşün dildir; o, duyumların, anlamların plüralizmindən yaranır,
dilin çoxmənalılığından meydana gəlir. Mənim üşün "şeir nədir" sualı
"dil nədir" sualına ekvivalentdir... Mənim şeirimdə məntiqlə məna
axtaranlar yanılırlar; zehnin bəsit, primitiv məntiq vərdişləriylə dərk
edəcəkləri, öz həyat təcrübələrinə bənzər, öz təəssüratlarına oxşar
"mənaları" mənim əsərlərimdə tapa bilməyəcəklər."- deyə müəllif
bildirir.
"Böyüməyə Prolegomena" kitabı artıq şairin dostları
tərəfindən Bakıya gətirilərək, kitab mağazalarına paylanılıb. Kitabı
əldə etmək istəyənlər həmçinin "Alma" qəzetinin redaksiyasına da
müraciət edə bilərlər.
SERLERI DUSUNDURUCUDU.. VE DE ANLAMINI HER KES DERK EDE BILMEZ.. FIKIRLERINI SETRLATI YAZIR.. ONLARI ASKAR EDIB ANLAMAG COX CETINDI AMMA BUNU BACARMAG DA ISTEDAD ISTIYIR.. MEN ANLAYA BILIREM ONUN SERLERINI... VE DE BEYENDIM..