Ermənistan silahlı qüvvələrinin ən azı iki nəfərdən ibarət diversiya qrupu bu gecə saat 3 radələrində Tərtər rayonunun Qapanlı kəndində Azərbaycan ordusunun nəzarətində olan əraziyə keçərək Azərbaycan Silahlı Qüvvələrinə hücum ediblər. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, nəticədə Azərbaycan Ordusunun bir əsgəri - Zaqatala rayon hərbi komissarlığından hərbi xidmətə çağırılmış 19 yaşlı Üzeyir Elşad oğlu Xasıyev başından aldığı güllə yarasından şəhid olub. Zaqatala rayon hərbi komissarlığından hərbi ximdətə çağırılmış əsgər İslam Hüseyib oğlu Hüseyibov isə boyun nahiyəsindən yaralanıb. Yaralanan əsgər Sarıcalı qospitalına yerləşdirilib. Qarşı tərəfin itkisi barədə məlumat yoxdur.
İlkin məlumata görə, erməni kəşfiyyatçıları hərbi geyimində olublar və özlərini komandir kimi təqdim edərək postu yoxlamaq istədiklərini bildiriblər.
Müdafiə Nazirliyinin mətbuat xidməti isə hələlik bu barədə hər hansı açıqlama vermir.
|