İsveçrənin Sürix şəhərində Azərbaycan məktəbinin açılışı olub. Diaspor ilə İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, məktəbin açılışına bu şəhərdə yaşayan azərbaycanlılar qatılıblar. Gələcəkdə bu məktəbə toplaşacaq soydalarımız burada həm tanış olub, həm də məktəbin fəaliyyətini müzakirə ediblər. Məktəbin açılışında İsveçrənin əlaqədar qurumlarından və Diaspor ilə İş üzrə Dövlət Komitəsindən göndərilən təbrik məktubları oxunub. Həmçinin Dövlət Komitəsinin göndərdiyi dərs vəsaitləri və məktəb ləvazimatları şagirdlərə paylanıb. Yerli şərtlərə görə, əgər məktəb 1 il ərzində öz imkanları hesabına fəaliyyət göstərə bilsə, İsveçrə dövləti hər il məktəbə 20 min frank, təxminən 16 min ABŞ dolları məbləğində vəsait ayıracaq. Qeyd edək ki, bu, İsveçrədə açılan ikinci Azərbaycan həftəsonu məktəbidir.
|