Hara gedirəm?! Deyirəm dünyanın bu qara üzü
Yadımdadı kəndin çiçəkli düzü
Sevgili cananın o yaşıl gözü
Saldıqca yadıma solub gedirəm
Bu fani dünyada hara gedirəm?
Gedirəm səssizcə yollar şaxtadı
Bəlkə bu yolların sonu saxtadı
Ha dünya ,Ha taxta fərqi hardadı?
Alışa-alışa yanıb gedirəm
Bu fani dünyada hara gedirəm?
Yolsuzlar qərarsız yol alır gedir
Yemsiz insanlarda bilmir nə edir
Köçəri quşlarda Dubaya gedir
Hər şeyi bilirəm,Bunu bilmirəm
Bu fani dünyada hara gedirəm?
Qəlbim yenə sənsiz soyuq əllərim
Əlimi isidəcək yoxdu həmdəmim
Nicat hey axtarır hanı Mələyim?
Ömrümü puç edip çıxıb gedirəm
Bu fani dünyada hara gedirəm?
By Nicat and Eltun :)