Sadiq,yoxsul bir ailənin uşağı idi və məktəb xərclərini qarşılamaq üçün qapı qapı gəzərək əşyalar satırdı.O gün, heç bir şey sata bilməmişdi və qarını da çox açdı.Bundan sonra oğurlayacağı ilk qapıdan yemək bir şey istəməyə qərar verdi.Qapını açan sevimli gənc qadını görüncə
utandı.Yemək bir şeylər yerinə "Bağışlayarsınız, bir stəkan su xahiş edə bilərəmmi?" deyə bildi yalnız.Gənc qadın, uşağın aç ola biləcəyini düşünərək böyük bir stəkan süd gətirdi ona. Uşaq, südü yavaş yavaş içinə həzm edərək içdikdən sonra"Çox təşəkkür edirəm, borcum nə qədər?"deyə soruşdu gənc qadına. Gənc qadın, "Borcunuz yox" deyərək,üzündə isti bir gülümsəməklə davam etdi;"Anam, göstərdiyimiz şəfqət və nəzakətqarşılığı olaraq əsla bir əvəz ödənməsini gözləməməmizi öyrətdi bizə" dedi.Uşaq "O halda çox təşəkkürlər, mınnətdaram sizə" dedi.Sadiq,evin qarşısından ayrıldığı zaman özünü yalnız fiziki olaraq deyil,ruhi olaraq da güclü hiss edirdi.
İllər keçdikdən sonra gənc qadın çox nadir rast gəlinən bir xəstəliyə tutulmuşdu. Bölgədəki həkimlər çarəsiz qalınca, xəstəliyi ilə əlaqədar araşdırmalar edilməsi üçün onu böyük şəhərə göndərdilər.Dr. Sadiq Balayev, konsültasyon etməsi üçün çağırıldığı xəstənin hansı qəsəbədən gəldiyini eşidincə həyəcanlandı. Artıq gənc olmasa da bir neçə il əvvəl özünə sevgiylə yaxınlaşan qadını ilk gördüyü anda tanımışdı və onun həyatını qurtarmaq üçün əlindən gələni etdi.Uzun sürən müalicədən sonraqadın sağlamlığına qovuşdu.Dr.Sadiq,nəzarət etməsi üçün qabağına gətirilən çekə baxdi və üstünə bir şey yazaraq zərfin içinə qoydu və xəstə qadının otağına göndərdi.Qadın əlləri titrəyərək zərfi əlinə aldi.Açmağa qorxurdu... Xəstəxanada çekini əsla ödəyə bilməyəcəyini və geri qalan həyatı boyunca bu çeki ödəmək üçün işləyəcəyini bilirdi. Sonunda zərfi açdı və çekə yapışdırılmış bir qeyd diqqətini çəkdi. Kağızda bunlar yazılı idi: "Xəstəxana xərclərinin hamısı bir stəkan süd qarşılığı ödənmişdir.".
|