Anadangəlmə qolları olmayan 25 yaşlı Cessika təyyarəni ayaqları ilə sürərək “qolları olmayan ilk pilot” ünvanına sahib olub.
Arizona ştatında yaşayan gənc pilot təyyarə sürməklə yanaşı, yazı
yazır, avtomobil sürür və ayaqlarının köməyi ilə telefonla danışır.
Əvvəllər uçmaqdan çox qorxduğunu söyləyən Cessika daha sonra bunun da
öhdəsindən gəldiyini bildirib. Pilot olmaq üçün 3 il çalışdığını deyən
Cessika hələ də pilot olduğuna inanmadığını bildirib. Bundan başqa,
Cessika dünyanın ilk qolsuz pilotu adına yiyələndiyi üçün də özünü çox
xoşbəxt sayır