Main » 2008»Dekabr»12 » 30 min MSN ünvanına nəzarət edən türk haker həbs edilib
30 min MSN ünvanına nəzarət edən türk haker həbs edilib
23.29
Türkiyədə iki il müddətində 200 saytı çökdürən, 30 min MSN ünvanına isə nəzarət etdiyi bildirilən Konyalı ''kompüter mütəxəssisi'' tutulub. Türkiyə mətbuatının xəbərinə görə, Konya Təhlükəsizlik Müdirliyi Qaçaqçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsi və başqa adiyyatı qurumlar iki il öncə cinayətkarın izinə düşə biliblər. Lakin, haker müxtəlif internet kafelərdən istifadə edərək saytların dağıdılması zamanı izini azdırmağa nail olub. Polisin ciddi araşdırması və nəzarəti isə öz bəhrəsini göstərib. 20 yaşlı Burhan adlı lisey məzunu internet kafedə bir saytı çökdürərkən yaxalanıb. Polisin verdiyi məlumata görə, gənc haker Burhan siyasətçilərin də saytı daxil olmaqla 200-ə yaxın saytı çökdürüb. Hakerin Türkiyə siyasətçiləri arasında Türkiyə prezidenti Abdullah Gülə məxsus "www.abdullahgul.gen.tr", Baş nazir Rəcəb Tayyib Ərdoğana məxsus "receptayyiperdogan.gen.tr", TBMM keçmiş başçısı Bülət Arınça məxsus "www.bulentarinc.gen.tr", Malatya Bələdiyyəsinə məxsus "'www.malatya.bel.tr" rəsmi internet saytları var. Bundan əlavə haker təxminən 30 min MSN ünvanının şifrəsini ələ keçirib. Konya Xəstəxanasında sağlamlıq nəzarətindən keçirilən Burhan, ifadəsində saytları ancaq zövq aldığı üçün dağıtdığını bildirib.