...O
vaxtlar uşaq idim hələ 1-ci siniftə oxuyurdum,səhərlər atamla qalxar qısa müddətli qaçışlar və idman
hərəkətlərindən sonra,səhər yeməyini yeyər və dərsə birlikdə gedərdik,yolun yarısına qədər birlikdə
gedərdik atamla,şahmat məktəbi var idi onun yanından ayrılardıq mən dərsə atam
işinə gedərdi,hər səfərində atam mənə həyatdan misallar gətirər,nəyin doğru
nəyin yalnış olmasını öyrədərdi.. bu hər gün belə davam edərdi..o yollarda
keçən günlər mənə çox şey verərdi,yolun uzun və palçıqlı olmasıysa söhbətlərin
uzanmasına səbəb olurdu..o həmişə mənlə bir böyük kimi danışardı,sanki onunla
yaşıdammışkimi.. ama bəzən hələ balaca
olduğumuda nəzərimə çatdırardı. Mənə istədiyim azadlığı verərdi ama hərzaman
diqqəti üzərimdəydi.. Yenə belə qışın qarlı-yağışlı günlərindən biriydi,atamla
yolun axrına gəlmişdik,yol boyu palçıqların ucbatından,doğru dürüst yolda
söhbətdə edə bilməmişdik,məktəbə yaxınlaşanda atam mənə:
-“Xanı,mama deyir dünən evə gec
gəlmisən,hardaydın?Futbol ya Şahmat?”
-“Hə papa uşaqlarla şahmatdaydım yenə”
-“Orxan gillə?”
-“Yoxe papa olarnan küsmüşəm,Ağılsızdı olar, pis uşaxlardılar ,təzə
dostlarım var, valideyinlər iclasında göstərərəm sənə” yolun axrıydı ayrılmalıydıq,atam
ayaq saxladı,mənə tərəf döndü,aşağı əyildi və sağ əlini başıma qoyaraq,sığal
cəkib:
-“Xanı,adam təzə
dost tapanda köhnələri unutmaz,birdəki heç vaxt yadınnan çıxartma,bir insana Ağılsız
demək ona ediləbiləcəkən böyük
təhqirdi,bunu heç vaxt unutma...”..bunları deyib ayağa qalxdı və “bugün evə yenə çoxlu “beş”gətir
oğlum”-deyib arxasını dönüb getdi..
O
gün atamın orda mənə dediyi bu sözlər sırğa olub qulağımda qaldı bir ömür boyu,
“ağılsızlıq və köhnə dostlar”,ikinciyə
hər zaman əməl etməyə çalışıram ama birinci məsələ-ağılsızlıq barədə təhqirəysə
demək olarki heç əməl edə bilmirəm,çünki ətrafda“Ağılsızlar” çoxdur,mən ağılsız deyərkən nəzərdə tutduğum insanlar
sadəcə sadə xalqın nümayəndələri deyil,bu bir professor,yada dünya tarixinə iz
salmış biridə ola bilər.Ama Ağıllının çox güclü olduğu demək deyil bu. “Ağıl Ağıldan üstündür” deyərlər,.
...Ağlın ağıldan üstün olduğu nəticəsinə gələndə elə ağılın özüdür.Və bu
nəticəyə gələn ağılın üstün bir ağıl olduğu nəticəsinədə gələ yenə bizim
ağlımızdır. Bəs ağıl ağıldan üstündüsə deməli altda qalan ağılda var,bəs sıfır
səviyyəsinə yaxın olan ağıla “Ağılsız”
deməyimiz nə dərəcədə doğrudur?Bu lap Sokratın
o məhşur deyiminə bənzəyir o deyirdiki- “bir
şeyi bilirəmki heçnə bilmirəm” o əslində çox şey bilirdi ama bilmədiyi
şüylərin yanında sıfır sayılacaq qədər bilgisi olduğundan belə deyirdi,yəni o
əslində bilirdi..bu ağıl məsələsidə elə,ağılsız
dediyimiz insanlarda əslində ağıl
var ama sıfır səviyyəsinə yaxındır deyə elə deyirik.bəs biz düz edirik?yoxsa
mənim atam o vaxt mənə dediklərində həqiqətən haklıydı??Nİyə bəzilərinə “Ağılsız” deyirik?Bir ağlın başka bir
ağıla belə deməyə hakkı var? Jung
insanlarıbeynin psixoji funksiyaları
baxımından təsnif edib ama bunlardan sadəcə biri hakim mövqedədir, butiplər düşünən, romantik,duyğu və hissə görə hərəkət edən tiplərdir. Hərəmiz
bu funksiyalardan birinin hakimiyyətindəyik.Bəs yaxşı düşünən bir tipin
romantik tip üçün “Ağılsız” deməsi
nə dərəcədə doğrudur? Məncə ağıl hər kəsdə var ama sərhədləri var- çox yüksək
və çox az dərəcədə ama yenədə var,ağılsız insan olmadığı kimi mükəmməl ağıla
sahib insanda yoxdur məncə,bir misal gətirim.Kim olduğunu bilmirəm ama birmüdrikdən, “ Bir insanın ağıl səviyyəsini
necə ölçürsüz deyə soruşduqlarında o “Danışmağından
anlayıram”deyib “bəs heç danışmasa?”
müdrik gülərək “ O dərəcədə Ağıl insan
yoxdur” deyib,el arasında bu lətifə olaraq danışılsada “müdrik” bir lətifədir..Hə ağıl insandan
insana dəyişir kimiləri özünü “dünyanın
ən Ağıllısı” sayır, bu mümkündür, çünki o özünü öz bildiyi sərhədlərdə Ağıllı
sayır, yəni o bildiklərini hamısını
bilir elə düşünürki başka heçnə yoxdur,bilmirəm başa sala bilirəm ya yox ,o
insan bilmədiklərinin fərqində deyil onun sadəcə bildiklərindən xəbəri var,elə
insanlarda varki onlar bilmədiklərinində fərqindədirlər yəni bilmədiyi bir şey
var və bilirki o bilinməyəni o bilmir, məsələn bir misal mən balaca vaxtı elə
bilirdim ən Ağıllı insan mənəm ,dünyanın
sadəcə evimiz, məktəbimiz,və oyuncaqlarımdan ibarət olduğumu düşünürdüm və
onları çox yaxşı qavradığımçün elə bilirdim mən ən Ağıllı sıyam. Atam mənə o
vaxtı “hələ təcrübən azdı böyüyəndə çox
şey görəcək və az şey bildiyini anlayassan” deyərlərdi ama təbiki
inanmazdım ,əslindəysə məni kənardan izləyən atam haklıydı çünkinə qədər məhdud bir dünyada yaşadığımı çox
açıq formada görürdü . Çünki o dünyanın bir ev, bir sinif və bir neçə oyuncaqla
məhdud olmadığını anlayabiləcək bir
təcrübəyə və məlumata malik idi .Bunları o mənim atam idi deyə belə
demirəm,bütün atalar-yəni yaşı həddi buluğu keçmiş, ailə sahibi olmuş insanlar
bu nəticəyə gələ bilər,istər Ağıllı olsun istərsədə aşağı səviyyəli ağıla malik
olsun ,fərqi yoxdur,yenədə o yaşda mənə nisbətən daha təcrübəlidir,yəni qısası “ən Ağıl adam mənəm deyən” insan
əslində ən Ağıllı nın nə olduğunu tam olaraq anlamış biri deyil.“İndiki Ağılım olsaydı falan cür edərdim o
vaxtı” deyər çoxları. Deməli ağıl insanla bərabər yetiş və insanda bunu
zamanla qəbul edir necəki mən indi o vaxtki Xancanın əslində az bildiyini
anladığım kimi,ama o vaxtlar heç kim mənə nə vaxtsa geri dönüb baxdığımdaəslində az şey bildiyimi inandıra bilməzdi..
Yəni “Ən Ağıllı ” olmaq yada “Mən bütün dünyanı dərk edə bilirəm”
deyən bir insan əslində yalan danışmır o haklıdı,ama özü özlüyündə,yəni öz
dünyasında ən Ağıllı odur.Bayaq birdostumburdaydı bəzi şeylər danışdıq iki məsələ məni ağıl barədə düşünməyə
vadar etdi ,sizə ellə gələcəkki bunun mövzumuzla əlaqəsi yoxdur ama açıqlayacam
tələsməyin,deməli danışdığımız mövzulardan biri yer kürəsinin radiusundan
danışırdıq unutmuşdu məndən soruşdu mən dedim ama biz sadəcə yerin coğrafi
ölçülərindən danışırdıq elə - belə ,bir digər mövzuda yenə coğrafi bitkilərin
təsnifatından ibarət idi və o mənə maraqı bir fakt dedi,babmuk ağacı əkildiyi ildən etibarən 5 il müddətində sulanır ama heç vaxt boyu uzanmır,kökləri uzanır,o
ehtiyat qida maddəsi yığır ama torpağın üstündəki boyu isə elə balacada qalır
bu beş ildə ama 5ci ildən etibarən
boyu uzanır və təxminən 40-50 m hündürlüyündə
olur.Dostum bunları sadəcə coğrafi bilgim artsın deyə dedi mənə ,mənsə artıq
orda deyildim,bu hadisələrlə insane arasında əlaqə qurduğum körpünü
keçirdim.Açıqlayım,birinci məsələyə qayıdaq,Yerin radiusu, 6378,4 km-dir,bu bütün insanlara görə belədir,ama ondan bilirsiz
nəyi düşündüm?Bu dünyanın birdə “mücərrəd
radiusu” var,yəni hər insanın dünyanı qavraya bildiyi böyüklükdə
radiusu.Ağıl səviyyəsi aşağı bir insan dünyanı qavraya bildiyi radiusda görür -
sadəcə ev-iş-ev,o sadəcə bunları
düşünür,ama bunun birdə Ağıllı insan üçün olan radiusu varki ,burda ev-iş
sadəcə kiçik bir faktor dur onun dünyasında daha vacib şeylər var yaşama məqsədi,səbəbi kimibir çox suallar… və daha nələr.Yəni bunu riyazi
miqyasla ölçsək,bir filosof üçün “dünyanın
radiusu” sıradan monoton bir
həyat tərzi-düşüncə tərzi sürən insanınkindən 100lərlə böyükdür, “Ən Ağıllı
” “Ağılsız” söhbətidə elə burdan doğur.Dostumun danışdığı ikinci məsələ- Bambuk ağacı isə mənə insanın yaşa
dolduqca ağıllanmasını göstərdi ama bu ağıllanma müəyyən bir yaşdan sonra daha
konkret olur əvvəllər o sadəcə baza toplayır,babmuk ağacının kökləri kimi, ama
17-18 yaşda(bu yaş insandan insan dəyişə
bilər)o nun ağlı artıq genişlənməyə dünya görüşü artmağa başlayır,və
konkret fikirlər söyləyə bilir.Əvvəlki yaşlarda isə onun beynindəki suallara
cavabı yox dərəcəsində idi.
İndi
gələk ağılın göstərilə bilib göstərilməyəcəyinə ,mən çox vaxt “mənə Allahını göstər” deyənlərə “Səndə mənə ağlını,fikirlərini göstər”
deyirəm,onlar susurlar ama əslində onların mənə verə biləcəkləri mükəmməl bir
cavab var.Çünki ağıl əslində həm maddə
həmdə mücərrət olaraq mövcuddur,başqa cür deyim ağıl özü özlüyündə mücərrəd
ama hərəkətləriylə maddəylə əlaqədar bir şeydir.Həm konkret maddə həmdə
mücərrət fikirdir,məsələn,biz Televizora toxunanda bizi elektrik vurmur ama
onun özü-yəni tərkibimi deyim,içimi deyim,elektrikdən ibarətdir,ağılla beyin (hüceyrələrin meydana gətirdiyi orqan-yeni
konkret bir maddə olan beyin) arasındada birbaşa olmasada bənzər olaraq
belə bir əlaqə var,yəni beyin görünən maddə,ağıl isə onun görünməyən qismi belə
deyək elektriyidir.
Bəs zəka ilə ağıl arasında fərq
nədir? Zəka da ağla yaxın bir termindir ama eyni deyillər.Məhşur bir deyim var
“Ağıl zəkanı işlədə bilmə qabiliyyətidir”,burdan
belə bir nəticəyə gəlirikki zəka hər kəsdə var ama onu işlədə bilmək
lazımıdır.Yəni ağıl alətdir,o aləti işə salan isə Ruhdur,bu barədə yəni ruh barədə yeni bir yazı yazacam ona görə bu
mövzuda ona toxunmuram,qayıdaq ağılla zəkaya.Zəka doğuşdan genlərlə gələn bir
şeydir ama ağıl yox.Ağıl zəkadan daha dərin mənalara sahibdir belə deyim əgər
zəka insanın düşünə bilmə qabiliyyətidirsə,ağılda doğru qərar verməsidir,yəni
bu ikisi əzlində bir biriylə vəhdət təşkil edir,ama burda bir incə məsələ
var,əvvəlcə misalla deyim 1+1
sualını düşünə bilməkçün zəka lazımdır,ama cavabən iki olduğunu deyə
bilməkçünsə ağıl gərəkdir.əgər fikir verdizsə burda çox incə bir məsələ
var,burdan belə bir nəticə çıxırki,ağıl olmazsa zəka öz özlüyündə sual verə
bilər.ama zəka olmazsa ağılda olmaz –sual yoxdursa cavab necə olsun?demək
istədiyim,zəkalı bir insanda ağıl olmayada bilər ama ağıllı insanda mütləq zəka
var,bunu sübutda etdim.Zəka ağıla nisbətən doğuşdan gəlir ama oda zamanla arta
bilər.Zəka özü özlüyündə 1+1=2
olduğunu müəyyən edə bilər ama bu hər zaman olmayada bilər yəni o səhv cavabda
verə bilər.Məsələn Fizika sahəsində nobel mekafatı almış bir zəkalı insan başka
bir sahədə vəya həyat problemi qarşısında aciz qala bilər,çünki nobeli
ağıllılara vermirlər sadəcə əhəmiyyətli kəşflər edən bir fizikə verirlərki o
fizik ağıllı olmasada zəka sahibi biri olaraq əzbər,təcrübə, çalışaraq ya da
özünü öyrədərək, əldə etdiyi məlumat və.s kimi faktorlarla hər hansı bir alət
kəşf edə bilər.Ama o heç vaxt dahi adlandırıla bilməz.dahilər bir neçə sahəni
birləşdirib ortaq fikir yeridə bilən insanlardı,qısası Üstünzəka+ Yüksək səviyyəli
ağıl=Dahi olmuş olur.
Başqa
sözlə zəkalı biri, müəyyən bir nöqtədə tıxanıb qalar, həll tapa bilməz,
girişdiyi bir işi nəticələndirəmməz, səhv tapa bilər.Ağıllı bir insan isə
təhsil almadığı, təcrübəli olmadığı, hətta ilk dəfə qarşılaşdığı bir mövzuda
belə, illərcə o mövzuda təhsil almış bir kimsədən daha iti və daha məqsədəuyğun
nəticələr əldə edə bilər. Zəkada ikiyə ayrılır biri İQ ikincisiysə EQ(romantik
zəka) Filosoflar,EQ-nün İQ-dən daha əhəmiyyətli olduğunu
deyirlərki,bu həqiqətəndə belədir.EQ
hislərdir,İQ isə məntiq,ağıl,bir
insanın yalan danışmasını EQ
vasitəsilə müəyyən edə bilərik məsələn..İQ
doğuşdan insanda var olan bir xüsusiyyətdir, romantik zəka (EQ) doğuşdan gəlmir. İnsan beyninin
quruluşu səbəbindən, uşaqlıqdan alınan romantik dərslər, həyat boyunca davranış
tərzini təyin edir. İQ, doğuşdan
gələn bir zəka olsa da onu istifadə etməyi öyənmək lazımdır ..
İnsan ağlının qavrayamadığı şeylərdə
var inasan ağlı çox incə və çox böyük məsələləri qavraya bilmə qabiliyətinə
sahib deyil,necəki hər tərəzinin darta biləcəyi minimum və maksimum yüklər
vardır. Bir tonluq tərəzilə, nə on
tonluq dəmir dartıla bilər, nə də on qramlıq qızıl. Hər iki halda da, alət
bizə bir nəticə verməz, yalnız hərəkətsiz qalar, eynilədə insanNə hüceyrəsindəkihikməti nədə Kainatın sonsuzluğundakı mənanı
anlaya bilməz,onlar insan ağılının sərhədləri xaricindədir ,Ağıl “kainatın necə yaradıldığı” barədə bir
şey düşünə bilər. ama yaradılış məqsədi, ağılın sərhədinidən çox uzaqdadır,
bunu sadəcə Allahımızın kəlamlarıyla iman gətirib qəbul edə bilər..Metafizikanın belə ən incə məsələlərini
anlamağa, ən dərin problemlərini həll etməyə, ən uzaq doğrularını kəşf etməyə
çalışır insanoğlu..Halbuki ağılın da iş görə biləcəyi müəyyən sahələr vardır.
Hələ bəzi mövzularda insanın, deyil danışması, icra etməsi belə doğru deyil.
Ağıldan
söhbət edəndə ilk ağla gələn Kant
olur,ama Hegelin Dekartın birdə
müasir psixoloqlardan Dr.Daniel Qolmanın
fikirləri məni daha çox qani edir. Yenədə mən öz fikirlərimi bildirdim,yazını
bəyənməyənlər ola bilər,vəya yazı kimlərisə qani etməyə bilər əgər qani etmirsə
onda yuxardakı filosofların kitablarını incələməyi məsləhət görərdim onlarda
mənim yazdığımdan daha çox fikir var. Mənim yazdıqlarım yalnışda ola bilər,çünki
sadəcə 18 illik təcrübəm var..yazım həcmcə yada azda ola bilər,çox yazmaq
istərdim ama çox yazandada heç kim oxumur təəssüfki…((Halbuki ağılı 4 səhfəlik
bir yazıyla yazıb bitirmək mümkün deyil.Nəysə buda son,mənim atam haklıydı,ağılsızlıq ən böyük təhqirdir..
P.S – Bəs sizin dünyanızın Radiusu
nə qədərdir? Ev-iş-yataq? Yoxsa daha geniş?...hə birdəki xahiş edirəm,yazı
hakda fikirlərinizi və qəbul etmədiyiniz yerləri deyinki məndə səhvlərimi görə
bilim..Əvvəlcədən minnətdaram,,,