Dünyasının
Radiusunu Bilən var ???
...O
vaxtlar uşaq idim hələ 1-ci siniftə oxuyurdum,səhərlər atamla qalxar qısa müddətli qaçışlar və idman
hərəkətlərindən sonra,səhər yeməyini yeyər və dərsə birlikdə gedərdik,yolun yarısına qədər birlikdə
gedərdik atamla,şahmat məktəbi var idi onun yanından ayrılardıq mən dərsə atam
işinə gedərdi,hər səfərində atam mənə həyatdan misallar gətirər,nəyin doğru
nəyin yalnış olmasını öyrədərdi.. bu hər gün belə davam edərdi..o yollarda
keçən günlər mənə çox şey verərdi,yolun uzun və palçıqlı olmasıysa söhbətlərin
uzanmasına səbəb olurdu..o həmişə mənlə bir böyük kimi danışardı,sanki onunla
yaşıdammışkimi.. ama bəzən hələ balaca
olduğumuda nəzərimə çatdırardı. Mənə istədiyim azadlığı verərdi ama hərzaman
diqqəti üzərimdəydi.. Yenə belə qışın qarlı-yağışlı günlərindən biriydi,atamla
yolun axrına gəlmişdik,yol boyu palçıqların ucbatından,doğru dürüst yolda
söhbətdə edə bilməmişdik,məktəbə yaxınlaşanda atam mənə:
-“Xanı,mama deyir dünən evə gec
gəlmisən,hardaydın?Futbol ya Şahmat?”
-“Hə papa uşaqlarla şahmatdaydım yenə”
-“Orxan gillə?”