Fanat: Kazanın g“Rubin” klubuna tarixində ilk dəfə Rusiya çempionluğu qazandıran Qurban Berdıyev Həcc ziyarətinə edir. İndiyədək Həccə getməyən təcrübəli mütəxəssis qızıl medal qazandıqdan sonra bu istəyini həyata keçirməyi qərara alıb. Bu gün səfərə çıxan Berdıyev həyəcan hissi keçirdiyini söyləyib. “Rubin”in çalışdırıcısı matçlar zamanı əlində təsbeh gəzdirməsini səbəbini belə izah edib: “Fikrimcə, bu nə əlamət, nə də ənənədir. Əlimdə təsbehin olması zəruridir. Oyunlar zamanı bunu hissi etməliyəm. Təsbehsiz özümü pis hiss edirəm. Bir-iki oyun olub ki, məndən asılı olmadan səbəbdən təsbeh əlimdə olmayıb. Həmin görüşlərdə özümü narahat hiss etmişəm. Elə bil ki, məndə nəsə çatışmır. Buna görə də hər dəfə təsbeh gəzdirməyim vacibdir. Hesab edirəm ki, müsəlmanlar məni başa düşəcək”.
|