Çölə çıxanda da havanı burunlarından almalıdırlar. Çölə çıxarkən ağız və burunlarını şərflə bağlamalıdırlar. Bu, həm də nəfəs yolları infeksiyalarından qorunmaq üçün faydalıdır. Ayaqlarında damar problemi olanlar, eləcə də ürəyi xəstə olanlar istər yatarkən, istərsə də çöl-bayırda gəzərkən yun corab geyməlidirlər. Belə xəstələrin gecə ayaqları üşüdükdə qətiyyən isti kompres (həmçinin isti vanna da) etməməlidirlər. Çünki isti kompres etmək ayağın yanmasına və yaraların əmələ gəlməsinə yol aça bilər. Ümumiyyətlə, qış aylarında ürəyindən şikayət edənlər mümkün qədər çölə az çıxmalıdırlar. Çıxanda da havanı burunlarından almalıdırlar. Çölə çıxarkən ağız və burunlarını şərflə bağlamalıdırlar. Bu, həm də nəfəs yolları infeksiyalarından qorunmaq üçün faydalıdır. Soyuq havada dil altına qoyulan həbi də yanınızda gəzdirməyi unutmayın. Çünki belə havalarda bədənin temperaturu aşağı düşdüyü üçün spazma baş verir və nəticədə ürəyə kifayət qədər qan getmir və sinə ağrıları ortaya çıxır. Ürəyi xəstə olanlar qışda qətiyyən toxqarına qaçış idmanı ilə məşğul olmamalıdırlar.
Bal və bəkməzdən istifadə edin Qışda ürək xəstələrinin pəhriz saxlaması məsləhət deyil. Bədənin müqavimətini qorumaq və lazımi qədər qidalanmaq üçün uyğun kalori almaq şərtdir. Səhərlər diabeti olmayan xəstələrin 1 qaşıq bal və 1 qaşıq bəkməz yemələri məsləhətdir. Yeməklər çox ağır olmamalıdır. Ağır yeməklər əvəzinə, bol meyvə və tərəvəzdən istifadə etmək daha məqsədəuyğundur. Yumurta yasaq deyil “Ürək xəstələrinə yumurta yemək ziyandır” desələr də, son araşdırmalara görə, bu fikrin yanlış olduğu üzə çıxmışdır. Mütəxəssislər, əksinə, ürəyi xəstə olanlara hər gün 1 ədəd yumurta yeməyi tövsiyə edirlər.
|