Bu
gün Amerika Birləşmiş Ştatlarında prezident seçkiləri keçiriləcək.
Demokratlar Partiyasından prezidentliyə namizəd Barak Obama respublika
rəqibi Con Makkeyni seçkiyə qədərki kampaniyada qabaqlayır. Müxtəlif
təşkilatların apardığı rəy sorğularına əsasən, qara dərili namizəd
bütün sahələrdə öz rəqibini arxada qoymağa müvəffəq olub. 21 aylıq
seçki kampaniyasının nəticəsi olaraq, Barak Obamanın üstünlüyü 7-8 faiz
təşkil edir. Qeyd edək ki, seçkiyə 3 gün qalmış namizədlər arasında
fərq bir qədər azalaraq, 5 faizə düşmüşdü. Barak Obamanının Ohayo və
Florida da daxil olmaqla 8 əsas ştatdan 6-da irəlidə olduğu bildirilir.
Bu arada Barak Obama və Con
Makkeyn seçki kampaniyasını hətta seçki günü də davam etdirmək barədə
qərar qəbul ediblər. Demokratların namizədi, rəy sorğularında irəlidə
olmalarına baxmayaraq seçiciləri səsverməyə biganə münasibət
bəsləməməyə çağırıb. Con makkeyn isə rəqibinin ondan irəlidə olmasına
əhəmiyyət verilməməsinə və tərəfdarlarını sona qədər mübarizə aparmağa
çağırıb.
Birləşmiş Ştatlarda prezident seçkiləri noyabr ayının
ilk çərşənbə axşamı keçirilir. Seçkilərdə qalib tərəf səslərin
hesabına görə müəyyən edilmiş. Bura həmçinin ölkədəki hər bir seçicinin
səsinin toplanması da aid deyil. Seçkilərdə əsas söz haqqına seçicilər
kollegiyası sistemi cavabdehdir. Hər ştatdan bu kollegiyada müxtəlif
sayda nümayəndəninin olması mümkündür. Ümumilikdə seçiciliər
kollegiyasının 538 səsi var. Bu halda isə prezidentliyə namizədin sadə
çoxluğu, təxminənən 270 səsi toplaması lazımdır.
Xatıraladaq ki, Barak Obama və Con Makkeyn seçki
kampaniyasına birlikdə 1 milyard dolara yaxın pul xərcləyiblər.
Bununla da Birləşmiş Ştatlar prezident seçkiləri ölkə tarixinin ən
bahalı seçkiləri adını qazanıb. Bununla da namizədlərin hər səs üçün 8
dollar xərclədiyi məlum olub. /ANS PRESS/