Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-04-28, 02.35MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Oktyabr » 31 » QARABAĞ SEPARATÇILARI AZƏRBAYCAN QAZINA İSİNƏCƏK?
QARABAĞ SEPARATÇILARI AZƏRBAYCAN QAZINA İSİNƏCƏK?
12.45

Azərbaycanın Rusiyaya satacağı qaz Ermənistana, oradan da Dağlıq Qarabağa yönəldilə bilər

Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə nizamlanmasında vasitəçi olan Rusiya əslində qarabağlı separatçıların bütün ehtiyaclarını təmin edir.
Rusiyanın "Qazprom" şirkəti Ermənistandakı "ArmRosQazprom" vasitəsilə Dağlıq Qarabağın təbii qaza olan ehtiyacını ödəyir.
Şirkətin İnternetdəki rəsmi saytında yerləşdirilmiş "Ermənistanın qaz nəqliyyatı xəritəsi"nə baxdıqda aydın görünür ki, "ArmRosQazprom" Sisyan və Gorus xəttindən keçən qaz boru kəmərini Azərbaycana Laçın rayonu ərazisindən daxil edərək Xankəndi, Şuşa, Martuni və Ağdərə rayonlarına qədər uzadıb.
1997-ci ilin avqustun 30-da yaradılmış "ArmRosQazprom"un təsisçiləri Ermənistanın Energetika Nazirliyi, "Qazprom" açıq tipli səhmdar cəmiyyəti, "İTERA İnternational Energy LLC" şirkətidir.
60 il müddətinə imzalanmış əməkdaşlıq müqaviləsinin vaxtı sonradan səhmdarların qarşılıqlı razılığı əsasında istənilən müddətə uzadıla bilər.
"Səhmdar cəmiyyətinin yaradılmasının başlıca məqsədi Ermənistan Respublikasının daxili bazarına təbii qazın nəqli və orada satışı, bu ölkə ərazisi ilə təbii qazın üçüncü dövlətlərə tranzit nəqli; qaz boru kəmərləri və yeraltı qaz anbarlarının layihələndirilməsi, maliyyələşdirilməsi, inşaatı və istismarı; habelə mövcud qaz boru kəmərləri sisteminin istismarı, genişləndirilməsi və rekonstruksiyasıdır", - anlaşmada deyilir.
"ArmRosQazprom"un nizamnamə kapitalında "Qazprom" 67,94%, Ermənistan hökuməti - 26,23%, İTERA şirkəti isə 5,83%-lik paya malikdir.
Faktiki olaraq "Qazprom"a məxsus olan "ArmRosQazprom" Rusiyadan aldığı təbii qazla Qarabağdakı separatçı rejimi təmin edir və bununla da beynəlxalq hüqüqun bütün normaları ilə prinsiplərini pozur, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü heçə sayır.
Rusiya hökumətinin "Qazprom" səhmlərinin 50,002%-nə malik olduğunu, habelə bu korporasiyanın direktorlar şurasının üzvləri arasında Rusiyanın baş naziri Vladimir Putinin müavini Viktor Zubkov, iqtisadi inkişaf naziri Elvira Nabiullina, sənaye və ticarət naziri Viktor Xristenko, habelə Rusiya prezidenti Dmitri Medvedyevin xüsusi təmsilçisi İqor Yusufovun olduğunu da nəzərə alsaq, Moskvanın separatçılara olan qayğısı dövlət səviyyəsindəki dəstək formasını alır.
Onu da xatırladaq ki, iyulun 3-də Rusiya və Azərbaycan arasında aparılan danışıqlarda "Qazprom"un Azərbaycanda hasil edilən təbii qazın bir qismini satın alması müzakirə olunub.
"Azərbaycan bizim təbii qaz satın aldığımız daha bir ölkə ola bilər. Halbuki bu yaxınlara qədər "Qazprom" Azərbaycana təbii qaz satırdı. Biz Bakı ilə əmədkaşlığa hazırıq", - "Qazprom"un idarə şurasının sədri Aleksey Miller demişdi.
O, Azərbaycandan satın almaq istədikləri təbii qazın həcmi və "mavi yanacaq"ın qiymətini açıqlamasa da, Moskvanın "dünya bazarındakı qiymətləri nəzərə alaraq maksimal həcmdə maraqlı olduğunu" demişdi.
Belədirsə, kimsə təminat verə bilməz ki, Azərbaycanın Rusiyaya satacağı təbii qaz Dağıstan və ya Şimali Qafqaz ərazisindəki qazpaylama şəbəkələrindən biri vasitəsilə Ermənistana, oradan da Dağlıq Qarabağa yönləndirilməyəcək.
Azərabycanın ərazi bütövlüyü və suverenliyi prinsiplərini tapdayan, Dağlıq Qarabağı "Ermənistan ərazisi" hesab edən bir şirkəti belə etməyəcəyinə, verəcəyi vədlərə isə inanmağa dəyməz.
Yaranmış situasiyada Azərbaycanın Nazirlər Kabineti, Yanacaq və Energetika Nazirliyi, ARDNŞ, həmçinin digər müvafiq strukturlar "Qazprom"un davranışını, qarabağlı separatçıların təbii qaza olan tələbatını tam ödədiyini Rusiya ilə "mavi yanacaq"la bağlı danışıqlarda mütləq nəzərə almalıdır.
Əks təqdirdə Azərbaycan öz yanacağı ilə öz düşmənlərini təmin etmiş ola bilər. // Ekspress

Category: Azərbaycan | Views: 826 | Added by: clumsy | Rating: 0.0/0
Total comments: 1
2008-10-31
1. Rahib (RHB) [Giriş ]

ele sey olsa daha bu hokumet hec kime lazim deyil

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024