80 nəfər həlak olub, azərbaycanlılardan xəsarət alan yoxdur
Bu gün səhər Pakistanda Rixter şkalası üzrə 6,2 bal gücündə zəlzələ baş verib, ən azı 80 nəfər həlak olub. Zəlzələnin episentri Pakistanın cənub-qərbində Bəlucistanın Kvetta şəhərindən şimalda 10 kilometr dərinlikdədir. Pakistanda baş verən zəlzələdə Azərbaycan vətəndaşlarından xəsarət alan yoxdur. Bu barədə Azərbaycanın Pakistandakı konsulu Daşqın Şikarov bildirib. Konsul qeyd edib ki, bu gün səhər Pakistanda iki zəlzələ qeydə alınıb. Səhər saat 4:00 və 5:10 radələrində. İlkin məlumatlara əsasən, xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur. Belə ki, onlar əsasən Pakistanın paytaxtında və Kəraçi şəhərində yaşayırlar. Zəlzələ baş verən ərazilərdə azərbaycanlıların olması ehtimalı azdır. // Trend
|