«Mercedes» yeni üç qapılı avtomobil modelinin istehsalına başlayır
Almaniyanın «Mercedes-Benz» avtomobil şirkəti yeni «Concept Fascination» modelinin ilk fotoşəkillərini nümayiş etdirib.
«APA-ECONOMICS»in məlumatına görə, yeni üç qapılı xetçbek «Mercedes E-class» bazasında yığılıb. Yeni model ilk dəfə olaraq bu ilin oktyabrın 4-də Parisdə (Fransa) keçiriləcək beynəlxalq avtomobil sərgisində nümayiş olunacaq. «Concept Fascination» modeli 4 silindrli «BlueTEC» dizel mühərriki ilə təchiz olunacaq ki, bunun da həcmi 2,2 litr (204 at gücü) təşkil edəcək.
|