Başa çatan Pekin Olimpiadası sürət, dözüm, ustalıqda bir çox rekordların şahidi oldu.
Amma
avtomobil dünyasının da öz rekordçuları var: üzgüçülər, ağırlıq
qaldıranlar, alpinistlər... Lent.az avtomobil rekordlarını təqdim edir.
Ən uzağa tüllanma – Chrysler VH Valiant
Rekord – 72 metr
Bəzi avtomobillər təkcə sürətlə hərəkət etməyə deyil, eləcə də uzağa
tullanmağa qadirdirlər. Məsələn, dünya rekordçusu sayılan - Chrysler VH
Valiant. Məşhur kaskadyor Rey Bauman 1998-ci ildə Avstraliyanın Pert
şəhərindəki yarış trassında idarə etdiyi avtomobillə 72 metr uzunluğa
tullanıb və uğurla yerə enib. Chrysler VH Valiant idman rekordundan
əlavə, güclü mühərriki, yüngül gövdəsi və s. göstəricilərinə görə
sürücülərin sevimlisinə çevrilib.
Ən yaxşı konki sürmə - Bentley Continental GT
Buz üzərində maksimal sürət - 321,65 km/saat
Avtomobillər arasında buz üzərində dünya rekordu Bentley Continental GT
“nəhənginə” məxsusdur. Ralli yarışçısı Yuxa Kankkunen Finlandiya
sahilində buzlamış dəniz üzərində 321,65 km/saata qədər sürət yığıb. Bu
zaman havanın tempraturu –30 dərəcə olub. Bundan əvvəlki rekord 1995-ci
ildə Bugatti EB110 avtomobilnə məxsus olub – 296,34 km/saat.
Ən yaxşı sprinter - SSC Ultimate Aero TT
Maksimal sürət – 441 km/saat
Seriya ilə buraxılan avtomobillər arasında maksimal sürət rekordu SSC
Ultimate Aero TT-yə məxsusdur. 1183 at gücündə 6,2 litrlik 8 silindirli
avtomobil 2007-ci ildə 411 km/saat sürət yığıb. Bu zaman Bugatti Veyron
və Koenigsegg CC 8S kimi avtomobillər geridə qalıb. Yeri gəlmişkən,
mütləq rekord Thrust SSC-yə məxsusdur. Böyük Britaniya Hərbi Hava
Qüvvələrinin pilotu Endi Qrinin idarə etdiyi iki turbomühərrikli Thrust
SSC səs sürətini ötərək 1227,99 km/saata qədər sürət yığıb.
Ən yaxşı ağırlıq qaldıran - Liebherr T 282B
Makismal yük qaldırmaq qabiliyyəti – 365 ton
Bəzi yük avtomobilləri nəhəng ölçüləri və heyrətamiz yük qaldırmaq
qabiliyyətinə malikdirlər. Ağırlıq qaldırma üzrə rekord isə Liebherr T
282B-yə məxsusdur. Bu yük avtomobilinin 3600 at qüvvəsi var. Özünün
ölçüləri isə aşağıdakı kimidir – 570 ton və 3 mərtəbəli ev hündürlüyü.
Ən yaxşı üzgüçü - Rinspeed Splash
Rekord – La-Manş boğazını 1 saat 33 dəqiqə 47 saniyəyə keçib
İsveçrənin istehsalı etdiyi Rinspeed Splash avtomobil-amfibiyası
La-Manş boğazını 1 saat 33 dəqiqə 47 saniyəyə keçərək rekord vurub. Bu
zaman onun daha yaxşı rekord əldə etməsinə boğazda üzən yük gəmiləri
mane olub. Avtomobil 142 at gücündə 2 silindirli mühərriklə və sualtı
qanadlarla təchiz edilib. Bu göstəricilər ona suda 80 km/saat sürət
yığmağa imkan verir.
Ən yaxşı alpinist - Jeep Wrangler
Rekord – 6646 metr
Dünyanın ən yüksək vulkanı olan 6646 metrlik Ojos del Salado məşhur
Jeep Wrangler avtomobilinin növbəti “qurbanına” çevrilib. 3,8 litrlik
altı silindirli avtomobil vulkanın zirvəsini bir həftəyə fəth edib.
Almaniyanın “Extrem Events” komandasının sürücüləri dünya rekordunu
Ojos del Saladonun insan tərəfindən fəth edilməsinin 70 illiyinə həsr
ediblər. LENT.AZ