Türkiyə mətbuatında 2012-ci ildə qiyamət gününün yetişəcəyi barədə maraqlı yazı dərc olunub.Xəbərdə iddia olunur ki, bir çox məşhur tədqiqatçılar da məhz 2012-ci ildə Yer kürəsini böyük təhlükə gözlədiyini gizlətmirlər.Belə ki, bəzi məşhur simalar 2012- ci ilin dekabr ayında dünyanın sonunun yetişəcəyini güman edirlər. Böyük tufanla gələcəyini gözlənilən Qiyamət gününün ən böyük işarətləri kimi iqlim dəyişikliyi göstərilir.İddia olunur ki, 4 ildən sonra – dekabrın 22-də düny dağılacaq və təzədən yeni həyat yaranacaq.Amerikalı tanınmış tədqiqatçı Peter Lorie isə Nostradamusun proqnozlarını araşdırarkən belə qərara gəlib ki, 21- ci əsrdə bəşəriyyəti böyük fəlakətlər gözləyir.Maraqlıdır ki, amerikalı alim də Nostradamusun məhz 2012-ci ildə böyük dəyişiklərin olacağına işarə vurduğunu təsdiqləyib. Hələ 1997- ci ildə məşhur yazar Mixael Drosninin satışa çıxan kitabında da 2012 –ci ildə dünyanın sonunun yetişəcəyi barədə məlumatlar yer alıb.O, bu tarixdə dünyanın dağılacağı barədə İncildə bəzi mesajlar verildiyini önə çəkib.Drosninin fikirincə, həmin vaxt Yer kürəsinə nəhəng bir planet çırpılacaq və dünya yerlə - yeksan olacaq.Eyni zamanda 1970-ci ilin ortalarında tanınmış filosof Terense Makkeyn eyni tarixdə qiyamət gününün yetişəcəyini xəbər verir.O, 2012- ci ildə dekabrın 21-də qiyamət gününün yetişəcəyini vurğulayıb. Bir sözlə, 2012- ci ildə Yer kürəsində ciddi dəyişiklərin baş verecəyi barədə kifayət qədər maraqlı fikirlər ortaya atılıb.
21ci esrin son esr olmasina dair chox sebebler gosterilir,ama deqiq ili bilmek ne derecede mumkundu goresen?hem "yevropali" ne bilir ee,Peygemberimiz (s.e.s) bu barede "anacaq Allah bilir" deyib hemishe.ne bilim ee,inshallah o vaxta kimi ozumuz ve insanlar uchun(hech olmasa yaxinlarimiz uchun) musbet birsheyler elde ederik