Azərbaycanda minlərlə dindar cümə namazını qıla bilməyib. Bakı şəhərində fəaliyyət göstərən bir sıra məscidlərə giriş polis tərəfindən məhdudlaşdırılıb.Dindarlar “Şəhidlər” cümə məscidinin polis tərəfindən mühasirəyə alındığını və inanclı şəxslərin cümə namazını qılmalarına imkan verilmədiyini bildirdilər. “Şəhidlər” məscidinin ətrafında 10-dan artıq post-patrul xidmətinə məxsus avtomobillərin dayanmışdı.
Əli dəyənəkli polislər dindarları məscidə buraxmırdılar. Onlar Milli Məclisin önündəcə inanc adamlarının qabağını kəsərək onların məscidə getməsini əngəlləyirdilər. Yalnız müsəlman ölkələrinin səfirlərinin Allah evinə buraxıldı..Polislə dindarlar arasında qısa insidentlər də yaşandı. Lakin möminlər qarşıdurmanın təhlükəli həddə çatmasına yol vermədilər.“Namaza icazə vermirlər. Səbəbini də demirlər.
sebeb odu ki bu yaxinlarda mescidlerin birine qumbara atiblar.. onlar da insanlari qurmag meqsedi ile buraxmiyiblar da iceri..neynesinler islerini gorurler de. camaata deyib panike salmagistemiyibler sadece...
real,men de onu deyirem dee.evvel mescidin ici-colu dolu olurdu,bu defeki cumede (bashqa mescidde) camaat bir birinin kureyine secde edib demek olar,sefleri o qeder six tutublar yeni
yadimda qalmadi adi,biri danishirdi,deyir camaat mescidin heyetinde,kuchede namaz qilir,BU YOLVERILMEZDIR! bilmirem bu soze gulum yoxsa agliyim,"seviyyedi"