Masonluq Azərbaycana gəlir..
Mason lojasının rəhbəri yazar Həmid Herisçinin qardaşıdır
Türkiyə Azad və Qəbul Edilmiş Masonlar Böyük Lojasının dərgisində
yaxın günlərdə Azərbaycan Böyük Mason Lojasının qurulacağını xəbər
verilib.
Məqalədə lojanın qurucusu olmaq istəyən "qardaşların”
adlarını göstərən siyahı da dərc olunub. Dünyanın müxtəlif bölgələrdə
loja quruculuğunu müntəzəm olaraq davam etdirən masonlar müstəqil
Azərbaycan Böyük Lojasının qurulmasında üzərlərinə düşən vəzifəni böyük
sevinc və fəxrlə tamamladıqlarını deyiblər.Dərgidə daha sonra qeyd edilir ki, Sovetlər Birliyi dönəmində yasaq
olan masonluq Sovetlərin dağılmasından sonra da Azərbaycanda bəzi
qanuni prosedurlara görə əngəllənirdi. Amma artıq Azərbaycanda mason
lojalarının qurulmasına heç bir hüquqi maneyə yoxdur. “Tesviye”nin
yazdıqlarına görə Azərbaycanda masonluğun yayılması istiqamətində ilk
addım 2003-cü ildə atılıb. Belə ki, 14 iyun 2003-cü il tarixində
Türkiyə Böyük Mason Lojasının toplantısında növbəti illərdə
Azərbaycanda müstəqil Böyük Lojanın qurulması üçün fəaliyyət planının
hazırlanması qərara alınıb. Bu məqsədlə hər birindən beş nəfər olmaqla
İstanbul, Ankara, İzmir bölgələrində "Yeni Ufuk" adlı komissiya
yaradılıb. Komissiya rəhbərinə əslən azərbaycanlı olan Behzat Rızvani
gətirilib. Onun katibisə Ankarada yaşayan başqa bir azərbaycanlı - Əli
Herisçi olur.