Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-04-28, 11.27MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Avqust » 22 » Bu gün Əbülfəz Elçibəyin ölümündən səkkiz il keçir
Bu gün Əbülfəz Elçibəyin ölümündən səkkiz il keçir
15.35
Bu gün Milli Azadlıq Hərəkatının lideri, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin ölümündən 8 il keçir.

Onun adı müstəqil Azərbaycanın tarixində bir çox hadisələrlə yadda qalıb. Məhz Elçibəyin prezidentliyi dövründə Sovet qoşunları Azərbaycandan çıxarılıb, ölkənin milli valyutası dövriyyəyə buraxılıb, ali məktəblərə qəbul imtahanlarında test üsulu tətbiq edilib. Amma bütün bunlar onun planlaşdırdığı işlərin hamısı deyil. 8 il bundan əvvəl vəfat edən Əbülfəz Elçibəy Qarabağı azad görə bilmədi.

Görkəmli alim, ilk dəfə demokratik yolla prezident seçilən azadlıq carçısı Əbülfəz Elçibəy çoxlarının yaddaşında milli şüurumuzu oyadan, azadlıq hisslərimizi alovlandıran şəxsiyyət kimi qalıb. O, hələ gənclik illərindən Sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizəyə başlayıb, gizli tələbə dərnəkləri yaradıb və azadlıq ideyalarını geniş şəkildə yaymağa başlamışdı. Azərbaycanı bütün dünyaya tanıtmaq isə onun ən böyük arzusu idi.
1992-ci il iyunun 7-si xalq onu - azad və inamlı gələcəyə aparacaq prezidentini seçib. Azərbaycanın dövlət müstəqilliyini tam gerçəkləşdirmək, milli ordu yaratmaq və müharibədəki məğlubiyyətlərin qarşısını almaq- bunlar Əbülfəz Elçibəyin qarşısına qoyduğu vəzifələr idi.
2000-ci ilin iyulunda müalicə üçün Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasına yollanan Əbülfəz Elçibəy bir ay sonra avqustun 22-də vəfat edib. /ANS PRESS/

Category: Azərbaycan | Views: 813 | Added by: patriotka | Rating: 0.0/0
Total comments: 1
2008-08-23
1. Strange (Strange) [Giriş ]

Allah rehmet elesin

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024