İnformasiya Texnologiyaları və Müasir Media qeyri-Konfransı
29-31 avqust, Lənkəran
BarKamp haqqında
BarKamp (BarCamp) İnformasiya Texnologiyalarına və Müasir Mediaya həsr olunmuş qeyri-konfransdır. “Qeyri-Konfrans” adlandırılması onun rəsmilikdən uzaq abı-havasını vurğulamaq üçündür. Onun əsas xüsusiyyətləri ondan ibarətdir ki, bu konfransda hər bir iştirakçı istədiyi mövzunu qabartmaqda, onu təqdim etməkdə tam sərbəstdir. Öz ətrafında gənc və təcrübəli İT mütəxəssislərini, İnternetin aktiv istifadəçilərini, sayt qurucularını, sayt sahibləri, bloqçuları, müasir jurnalistləri birləşdirəcək BarKamp onlar arasında güclü informasiya və təcrübə mübadiləsinə səbəb olacaq, İT sahəsindəki tendensiyaların öyrənilməsində və onlarla ayaqlaşmağa kömək edəcək.
Qeyri-Konfransda iştirakçılar bir-birləri ilə təcrübə və məlumat mübadiləsinə girəcək, yeni işlərini, layihələrini təqdim edəcək, öz əlaqələrini genişləndirəcəklər. Daha bir istiqamət İT ilə çox maraqlanan gəncləri bu sahə ilə daha yaxından tanış etmək və cəlb etməkdir.
Harada?
Nə vaxt?
29-31 avqust, 2008-ci il. Lənkəran şəhəri, Qala Oteli
Tədbirin bəzi hissələri şəhərin digər yerlərində keçiriləcəkdir.
Kimlər iştirak
edə bilər?
Əgər siz aşağıdakılardan ən azı birinə daxilsinizsə, demək bizim konfransımız sizin üçün maraqlı olacaq:
·Proqramçılar, koderlər, kontent menecerləri və İnternet layihələrində çalışan digər mütəxəssislər;
·Sayt sahibləri və saytları idarə edən admistratorlar;
·Bloggerlər, netvorkçular, müasir media jurnalistləri;
·İnternet layihələri hazırlayanlar, eləcə də uğurlu və ya uğursuz İnternet layihəsi tarixinə malik olanlar;
·Layihələrinin reallaşdırılması üçün resurslara ehtiyacı olanlar, eləcə də kadr və tərəfdaş axtarışına çıxanlar;
·Bu sahələrdəki təcrübələrini bölüşməklə yanaşı həm də təcrübə öyrənmək istəyənlər;
·Konfransın əhatəsində olan mövzular üzrə təhsil alanlar, tədris edənlər, eləcə də onlarla dərindən maraqlananlar, onların çox aktiv istifadəçiləri.
Konfrans bu sahələrə aid hamı üçün açıqdır! Yaş həddi yoxdur!
Mövzular
Mövzu istiqamətləri aşağıdakılardır:
1.Web texnologiyalar, web layihələr;
2.Web 2.0;
3.Web kontent;
4.Sosial Şəbəkələr;
5.Müasir Media və vətəndaş jurnalistikası;
6.Bloqlar və podkastlar;
7.Elektron kommersiya və İnternet biznes;
8.Proqramlaşdırma, proqram təminatı;
9.OpenSource;
10.Mobil həllər (qeyri-hard).
Və bütün bunlarla əlaqəli hər şey!
İşçi dillər
Azərbaycan və Rus
Proqram
29 avqust, cümə günü:
12:00 - 19:00 – Qeydiyyat.
14:00 - 19:00 – Şəhərlə tanışlıq, ekskursiyalar.
20:00 – Açılış şənliyi.
30 avqust, şənbə günü:
9:00 – Qeydiyyat davam edir.
10:00 – Rəsmi açılış.
10:30 - 19.00 – Təqdimatlar (30 dəq. çıxış + 10 dəq. fasilə, 3 paralel sessiyada).
19:00 – Rəsmi şam yeməyi.
20:00 – Sərbəst vaxt.
31 avqust, bazar günü:
10:00 – 13:00 – Əməkdaşlıq yarmarkası və layihələrin nümayişi
10:00 – 13:00 – Təqdimatlar (II hissə)
14:00 – Bloqlar gününü birlikdə qeyd edirik!
15:00 – seçilmiş Start-up layihələrin təqdimatı
16:30 – Ümumi təqdimatlar
17:00 – Konfransın effektivliyi və gələcəyi. Bağlanış mərasimi.
17.30 – Sərbəst vaxt.
Nə əldə edəcəksən?
Konfransda iştirak etməklə hər bir iştirakçı aşağıdakıları əldə edəcək:
·Onu maraqlandıran mövzuları qabartmaq, öz təqdimatınla çıxış etmək;
·İT və Müasir Mediaya həsr olunmuş 40-a yaxın təqdimatı dinləmək;
·Sosial tipli kiçik layihələriniz üçün mini-qrandlar qazanmaq imkanı;
·Tələbələr iş yeri və ya təcrübə keçmək imkanı qazanmaq imkanı;
·İş adamları öz layihələrini təqdim etmək, yeni kadrlar tapmaq;
·Yeni-yeni tanışlıqlar, əlaqələr və gözəl istirahət!
Xərclər
İştirak haqqı – yoxdur!
İştirakşının istəyi əsasında konfrans iştirakçılarının 100 nəfərinin yol və qalmaq xərclərinin bir hissəsi kompensasiya ediləcək. Xərclərin kompensasiyasına daxildir:
Yol xərcləri – 100%
Qalmaq xərcləri – 50%
Qidalanma xərcləri – 50%
Bakıdan – 61 nəfər (hər iştirakçıya 24 manat)
Digər regionlardan – 36 nəfər (regiondan asılı olaraq 24-36 manat)
Naxçıvan MR – 3 nəfər (hər iştirakçıya 104 manat)
Kompensasiyalar yalnız iştirakçının müraciəti əsasında veriləcək. Müraciətlərin sayı çox olduğu zaman aşağıdakı prinsiplərə daha münasib iştirakçılar seçiləcək:
konfransda təqdimatla çıxış etmək istəyənlərə;
konfransın mövzularına daha yaxın olanlara.
Necə getmək
olar?
Konfransa xüsusi avtobusla və ya qatarla getmək mümkündür. Konfransa qeydiyyatdan keçdikdən sonra e-mailinizə bununla əlaqəli təlimat göndəriləcək.
Qoşulmaq üçün
Konfransda iştirak etmək üçün www.barcamp.az saytında daxil olub qeydiyyatdan keçməlisiniz. Konfransın müzakirəsi network.barcamp.az şəbəkəsindədir.
Qeydiyyatdan keçərkən problem yaranarsa, info@barcamp.az e-maili vasitəsi ilə əlaqə saxlayın.