Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-05-05, 04.34MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Avqust » 14 » Boyun, kürək və beliniz ağrıyırsa...
Boyun, kürək və beliniz ağrıyırsa...
15.03



Tez-tez başınızı geriyə doğru hərəkət etdirin. Bunu gündə təqribən 5-6 dəfə təkrarlayın.
Başınızı divanın kənarına dayayaraq yatmayın. Boynunuzu ortopedik yastıqla dəstəkləyərək yatın.
Çiyninizi və kürəyinizi ağrılardan qorumaq üçün düz dayanmağa çalışın. Əgər oturaq işdə çalışırsınızsa, mütləq bel boşluğunu bel yastığı ilə dəstəkləyin. 2 saatdan bir oturduğunuz yerdən qalxıb, çiyin və kürək hərəkətləri edin.
Çiyinləriniz üzərində çox ağırlıq qaldırmayın. Hər gün kürək əzələlərini gücləndirən hərəkətlər edin. 2-3 fərqli hərəkəti 50-60 dəfə təkrarlayın.
Belinizin sağlamlığını qorumaq üçün masa arxasında uzun müddət oturmayın. 2 saatdan bir ara verərək, ayağa qalxın və əllərinizi belinizə yerləşdirərək belinizi mümkün qədər geriyə doğru hərəkət etdirin. Bu hərəkəti 5-6 dəfə təkrar edin.
Mütləq bel boşluğunu dəstəkləyən bel yastığından istifadə etməlisiniz. Masanın hündürlüyü döş qəfəsi ilə mədə arasında olmalıdır. İstifadə etdiyiniz kompyuter tam qarşınızda və göz səviyyəsində olmalıdır. Ağırlıq qaldırmaqdan (5-10 kq-dan çox) çəkinin.
Yarıəyilmiş vəziyyətdə qalmamağa çalışın və ya bu vəziyyətdə nə isə qaldırmayın. Dönərkən təkcə bədəninizlə yox, həm də ayaqlarınızdan istifadə edərək dönün.
Ağır bir şeyi yerdən qaldırmaq üçün ayaqlar açıq vəziyyətdə olmaq şərti ilə belinizi əymədən çömələrək və yükü bədəninizə yaxın tutaraq götürün, dizinizdən və qollarınızdan qüvvət alaraq qaldırın. Yerə qoyanda da çömələrək əyilin.
Yorucu işlərdən və idman hərəkətlərindən sonra ilıq duş və ya vannadan sonra düzgün olmayan vəziyyətdə yatmayın, çünki oyananda bel və boynunuz tutula bilər.
Uzun səyahətlər zamanı bel yastığından istifadə edin. 2 saatdan bir fasilə verməklə belinizi arxaya doğru 5-6 dəfə hərəkət etdirin, imkanınız varsa, bir az gəzin.



Category: Tibb-Təbabət/Münəccim | Views: 898 | Added by: Vuska | Rating: 0.0/0
Total comments: 4
2008-08-15
4. Tuki (Tuki-tuki) [Giriş ]

boynun agriyir ol qutar biggrin

2008-08-15
3. Strange (Strange) [Giriş ]

heee mendede eledir

2008-08-15
2. Leyla (Balaska) [Giriş ]

menim ureyim agrayir biggrin

2008-08-14
1. Fidan (Fidashka) [Giriş ]

men de agrimir biggrin

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024