RSS
müxtəlif internet saytları tərəfindən təqdim olunan xəbər, anons və s.
məlumatları bir mühitdən toplu olaraq izləmək imkanı verən, XML
texnologiyasına əsaslanan yeni bir metoddur.
RSS – Real Simple Syndication (Həqiqətən Sadə Əldəedilmə), RDF Site Summary (RDF Sayt Xülasəsi) veya Rich Site Summary (Zəngin Sayt Xülasəsi) sözlərinin abrevaturasıdır. Fayl formatları.rss və .xml dir. Saytlarda xüsusi ikonlarla işarətlənir: RSS servisi verən saytların hazırladıqları XML fayllara (digər adı ilə RSS Feedlərə)
bir çox proqramlarla bağlanmaq mümkündür. RSS oxuyucusu (oxuyan və
ötürən) olan bu proqramlar veb-bələdçi (browser) və ya e-poçt müştəri
olduğu kimi sadəcə RSS məzmunu oxumaq uçun nəzərdə tutulan veb əsaslı
və ya tətbiqi proqramlar da ola bilər. RSS oxuyucu RSS Feedlərin
oxunmasını, həmçinin göstərilmiş linkə keçmək üçün nəzərdə tutulmuş
xüsusi təyinatlı proqram və ya proqram hissələridir. Bunlara RSS Aqreqator adı verilir.