Main » 2008»İyul»22 » Serj Sarkisyan lap sabah müharibəyə hazır olduqlarını bildirib.
Serj Sarkisyan lap sabah müharibəyə hazır olduqlarını bildirib.
15.42
O, üç il əvvəl istifadə etdiyi «Ağdam bizim vətənimiz deyil» ifadəsini bu gün də təsdiqləyib.
«Azərbaycan
və Ermənistan arasında sülh razılaşması olmadan ölkədə azı ki
nəfər-prezident və müdafiə naziri lap sabah müharibəyə hazır
olmalıdır». Bunu Ermənistan prezidenti Serj Sarkisyan deyib. Onun
sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra
onda belə təəssürat yaranıb ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu
ilə həlli imkanları tükənməyib. Bu gün keçirdiyi mətbuat
konfransında jurnalistlər ona xatırladıblar ki, 2005-ci ilin martında
(o zaman Serj Sarkisyan müdafiə naziri olub) Ermənistan silahlı
qüvvələrinin nəzarətində olan ərazilər barədə danışarkən onların
hamısını azad olunmuş hesab etmədiyini bildirib. Serj Sarkisyan həmin
çıxışında bildirmişdi ki, birinci Qarabağ savaşı zamanı təhlükəsizlik
zolağının yradılmasının vacibliyini önə çəkmişdi. O, buna misal olaraq,
Ağdam rayonunu nümunə gətirmişdi və parlamentdəki dinləmələrdə demişdi
ki, «Ağdam bizim vətənimiz deyil». Serj Sarkisyan bu gün də hesab edir
ki, yuxarıdakı fikirləri həqiqəti əks etdirir./ANS PRESS/