Adından
da aydın olacağı kimi "qırmızı öküz" son vaxtlarda keçirilən yarışmalar
diqqətimdən qaçmadı. Sponsorluq edirlər və gördüyüm qədəri ilə də həm
yarışdan əvvəl həm də yarışdan sonra idmançılara ödənişsiz Redd Bull
içkilərindən ikram edirlər. Çox idmançı diqqət yetirir lakin bəziləri
bunu təəssüf ki, etmir. Qutunun arxasında yazan xəbərdarlıq qeydinə nə
yazdığını bilən idmançı və kəslər şüurunda olduqları təhlükənin
fərqindələr. Lakin hadisəni Redd Bull ilə məhdudlaşdırıldırmaq da səhv
olar. Enerji içkilərinin hamısı bu kateqoriyada iştirak etməkdədir. Bu
içkilər idmançı içkiləri deyil.
Sıx fiziki fəaliyyət
əvvəlində və fəaliyyət əsnasında istifadə edilməməlidir. Redd Bull
dünya tərəfindən məşhur və bu sektorda müzakirəsiz bir firmadır. Bu
mövzuda şüurlu hərəkət edəcəklərinə inancımız sonsuzdur. Mövzu
şüursuzca istehlakı reallaşdıran idmançılarımıza kiçik bir xəbərdarlıq
etməkdir... Nə pis və kədərlidir ki, Redd Bull satan yoldaşlar belə bir
sualda inandırıcı və razı salıcı cavab verə bilmir və yazının formal
olduğunu söyləyirlər. Bu səbəblə istehlak edirsinizsə də lütfən daha
şüurlu hərəkət edin.
Mövzu ilə əlaqədar olaraq nazirlik arxivindən kiçik bir qeyd ilişdirək
dedik. Enerji içkiləri, içində olan taurin və yüksək kafenin miqdarları
səbəbiylə, insan sağlamlığına mənfi təsiri baxımından müzakirə edilən
bir məhsul olmuşdur. Hamilə qadınlar,uşaqlar və idmançılar
kimi yüksək risk qrupu insanlar üzərində və ümumi cəmiyyət
sağlamlığında mənfi təsirləri müzakirə edilən bu məhsulun, xüsusilə
spirtlə birlikdə alınması vəziyyətində ölümə qədər apara biləcək ciddi
mənfiliklər yaratdığı ekspertlər tərəfindən ifadə edilməkdədir.
Hətta, Fransa, Danimarka, Norveç, Kanada, Malaziya kimi bəzi ölkələrdə
bu məhsulun satışının qadağan edildiyi də bilinməkdədir. Amerika Qida
İdarə Nüfuzu, mövusu gedən məhsulun spirtlə birlikdə istehlak
edilməməsi mövzusunda istehlakçıları xəbərdar edərkən, Amerikan
Diyetetik Birliyi bu enerji içkisinin spirtlə birlikdə istehlak
edildiyində ölümə səbəb ola biləcəyini işarə etmiş, yenə Amerikada bəzi
Universitetlər bu içkinin istehlakına qadağa gətirmişdir. İngiltərə
Qida Standartlar Təşkilatı, 14 yaşın altındakı uşaqların,
bu içkini istehlak etdiklərində davranış pozğunluqları ilə
qarşılaşıldığına işarə etmişdir. İsveçdə isə; İsveç Milli Qida İdarəsi,
haqqında danışılan enerji içkisinin spirtlə qarışdırılmaması və ağır
məşqlərdən sonra istifadə edilməməsi mövzusunda ictimaiyyəti xəbərdar
etmişdir.
esitmisem bu ickilerin en cox zereri ureyedir beleki urekde isemik xesteliklere sebeb olur yeni doyuntunu zeifledir duzu men hecne hiss etmemisem.birdeki bura vetendir orada enerji maddeleri ne gezir 95% adi krant suyudur narahat olmaga deymez