Main » 2008»İyul»7 » Qadınlar gün ərzində kişilərdən 3,5 dəfə çox danışırlar
Qadınlar gün ərzində kişilərdən 3,5 dəfə çox danışırlar
22.23
Son zamanlar aparılan elmi araşdırmalar kişi və qadınların beyin fəaliyyətinin bir-birindən fərqli olduğunu ortaya qoyur.
Kembric Universitetində aparılan araşdırmalara görə
qadın beyni planlaşdırmaya və xəyal qurmağa, kişi beyni isə anlamağa və
yaradıcılıqla məşğul olmağa daha meyllidir. Tədqiqatçılar qadınların
çox danışmasını da beyin fəaliyyətinin fərqliliyi ilə əlaqələndiriblər.
Hesablamalara görə, qadınlar gün ərzində kişilərdən ən azı 3,5 dəfə çox
danışırlar. Bir qadın gündə orta hesabla 7 min kəlmədən istifadə etdiyi
halda, kişilərdə bu rəqəm 2 mindən artıq deyil. (apa)