Gündən günə Azərbaycanda internet istifadəçilərinin sayı artır.Bu müsbət bir haldır.İnetrnetdən istifadə edən hər bir şəxsə elektron poçt ünvanı lazım olur.Və elektron poçt ünvanı üçün qeydiyyatdan keçiləsi saytlar çoxdur.Çox təəssüf ki Azərbaycandaki internet istifadəçilərinin çoxu yerli elektron poçt xidməti göstərən saytlardan yox xarici saytlardan istifadə edir.Azərbaycanda istifadə olunan belə saytlardan biri mail.ru saytıdır.Əgər bu saytdan istifadə edən həmyerlilərimizdən soruşulsa ki :"İstifadə etdiyiniz bu mail.ru saytı hansı ölkənin saytıdır?".Əlbətdə ki cavab qaçınılmaz olaraq:"Rusiyanın" olar.
Nəzərinizə çatdırım ki hamı bu saytı Rusiyanın saytı kimi tanıyır əslində isə bu belə deyil.Çoxlarının sevərək istifadə etdiyi mail.ru saytı ermnilərə aiddir.Bu fakta inanmayanlar olacaq əlbətdə.İnanmayanlara üz tutub deyirəm ki,internetdə hər hansı bir saytın qurulu olduğu serverdən tutmuş,qeydiyyatdan keçərkən verdiyi telefon nömrəsinə qədər bilmək olur.Bu məlumatlara isə http://who.is saytından baxmaq olur. Aşağıdaki şəkil isəmail.ru saytı haqqındaki məlumatları əks etdirir. QEYD: Şəkil who.is saytından çəkilib.
Mənim üçün maraqlıdır görəsən bu faktlardan sonra həmyerlilərimiz mail.ru saytından yenədə istifadə edəcəklər...
ola bilmez ki ermeni sayti olsun,admini ermeni ola biler,ancag mail.ru portal Rusiyaya mexsusdur. ermenistan inkishaf edib ke beyem saytlari bele vajni sayt olsun...
Rusiyanın bu nüfuzlu saytında «DQR» ayrıca dövlət kimi göstərilib Rusiyanın mail.ru saytında Azərbaycanın Dağlıq Qarabağ ərazisi müstəqil dövlət kimi göstərilib. Nəzərə çatdıraq ki, mail.ru kompaniyası əlverişli şərtlərlə dünya üzrə telefon əlaqəsi ilə də məşğuldur. Zənglər üçün «tariflər» bölməsində Dağlıq Qarabağ ərazisi ayrıca bir dövlət kimi göstərilib. Mail.ru kompaniyası müraciətlərə baxmayaraq, saytda buraxılmış səhvlə bağlı heç bir düzəliş etməyib./Yeni Müsavat/