Main » 2008»İyul»5 » Təyyarədə ən etibarlı yer haradır?
Təyyarədə ən etibarlı yer haradır?
14.19
Ən etibarlı nəqliyyat yolu olduğu deyilsə də, minlərlə metrdə səyahət bir çoxları üçün narahat edicidir. Ən çox narahat edici məsələ isə təyyarədəki ən etibarlı kreslonun hansı olduğu ilə bağlı düşüncələrdir. İngiltərədə aparılan bir araşdırma bu suala demək olar ki, cavab tapıb. Belə ki, Mülki Hava İdarəsi ilə Qrinviç Universitetinin birgə apardığı araşdırmada, "təyyarədə ən etibarlı yer haradır" sualına cavab axtarılıb. 105 təyyarə qəzasını araşdırakən 2 mindən çox qəzanın dosyeləri oxunub. Və ən etibarlı kresloların koridor tərəfində yerləşdiyi məlum olub. Xüsusilə də təcili vəziyyət çıxışlarının ətrafındakı 5 sıra, ola biləcək bir qəzada xilas olma şansının ən yüksək olduğu kreslolar siyahısına düşüb. Araşdırmaçılar təcili çıxışlardan uzaqlaşıldıqca xilas olma şansının da azaldığını vurğulayır. Buna görə, təyyarədə baş verə biləcək yanğında ön tərəfdə, yaxud koridorda əyləşənlər, digər tərəfdə oturanlarla müqayisə etdikdə xilas olmaq üçün təxminən yüzdə 10 daha şanslıdır. Hava yolu şirkətlərisə, bu vəziyyətdən faydalanma yoluna gedir. Bəzi şirkətlər, xüsusilə təcili çıxışlara yaxın kreslolar üçün əlavə ödəniş tələb edir.
en etibarsiz neqliyyat novudur e teyyare,men ne vaxt minirem,hami ile halallashiram ki birden enmerem yere, en etibarlisi qatardir.. en pisi de gemidir