Main » 2008»İyul»5 » Suya düşən cib telefonu necə qurtarılar?
Suya düşən cib telefonu necə qurtarılar?
13.38
Verilən məlumatlara görə, islanan telefonların içindəki su, havayla çox
təmas etmədən sürətli bir şəkildə təmizlənə bilsə, cihazın yenidən
çalışması mümkün ola bilir.
İstehsalçı firmaların, zəmanət əhatəsinə götürmədiyi islanma
vəziyyətlərində istifadəçinin ilk olaraq cihaz işlək vəziyyətdədirsə
dərhal söndürülməli, eyni riskdən ötəri cihazla batareyanın
bir-birindən ayırılmasının ardından da SIM kartı çıxartması lazımdır.
Bir çox vəziyyətdə cihaz islansa belə SIM kartlar işə davam edir.
Cihazın batareyası və SIM kartı çıxarıldıqdan sonra quru bir bezlə
sürətli şəkildə qurulanması lazımdır. Cihaz içərisindəki nəmin təbii
bir şəkildə buxarlaşması vəziyyətində telefonun ''xilas olma'' ehtimalı
daha çox var.
Ancaq saç fenindən istifadə edilməməsi lazımdır. Çoxu fenlə "soyuq
üfləmə" rejimində mühitdəki havadan daha isti bir havanı maşının
içərisinə üflədiyi üçün plataya və lehimlərə zərər verə bilir. Bunun
nəticəsində cihaza batareya ilişdiyi an telefon həmin an xarab olar.
Qurulandığı halda içində hələ nəm olan cib telefonlarını tamamilə
qurutmanın ən yaxşı yolu isə, düyü dənələri ilə dolu bir qabın ortasına
qoyub ağızını bağlamaq və ən az bir gün gözləmək lazımdır. Düyü
dənələri mühitdəki nəmi sürətlə özünə çəkə bilir.
İstifadəçilərin saç fenləri, mikrodalğalı sobalar və birbaşa günəş
işığından qaçmalıdırlar. Kənar yandan cihazların ''tualetə salınmadığı
müddətcə'' də spirtlə təmizlənməməsi lazımdır. Solvent tərkibli spirt,
cihaz içindəki plastik əlaqələri əridə bilir. Bunun əvəzinə
xırdavatçılardan alınan ''Denature'' spirt istifadə edilə bilər.
Telefonunu dənizə salanların, cihazı sudan çıxarıb bu səfər şirin suya
(içməli suya) salmaları, daha sonra oradan da çıxarıb qurulamaları
lazımdır. Çünki duzlu suyun tərkibindəki kristallar cihazın bəzi
parçalarına zərər verə bilir.
Bir çox istifadəçinin suya düşdüyü üçün işləməyən telefonlarını
dəyişdirmək istəklərindən sonra istehsalçı firmalar, uzun bir müddətdir
cihazın həm xaricinə həm də içinə zəmanət etiketləri yerləşdirməyə
başladı.
Su ilə təmas etdikləri zaman rəng dəyişdirən bu etiketlər sayəsində
telefonun içini açmadan da suya düşdüyünü başa düşmək olar. Bir çox
telefonun içində də gizli işarələr var. Bu işarələr telefon islandıqdan
sonra xaricindəki etiket dəyişdirilsə belə cihazın islandığını müəyyən
edə bilir.
Ojale1 que pronto este9 entre ntsooros la cura para el ce1ncer (si es que de veras no la han descubierto y lo tienen en secreto por puras finalidades econf3micas ) y que cesen de una vez por todas las muertes por tan terrible enfermedad A quie9n no le ha sido llevado un ser querido por causa del ce1ncer?? Dios bendiga a todas las personas que lo padezcan y les de fuerzas para seguir adelante. Tengo fe que este1 proximo el deda en que se acabe esto