“VienViever” - damar tapan vasitə:
bəzi insanların damarları görünmür, ya da çox zəif görünür. Bu isə
həmin şəxslərə iynə vurulmasını çətinləşdirir. Sözügedən ixtira
həkimləri bu çətinlikdən qurtaracaq. Gizli rozetka:
əslində gizli olan rozetka deyil, rozetkanın içində gizlətdiyiniz
əşyalardır. Rozetka şəklində hazırlanmış bu gizli “seyf” dəyərli
əşyaların saxlanması üçün ideal yerdir. Parıldayan qolf topları: bu
icad daha çox qolf həvəskarlarının işinə yarayır. Qolfu həyat tərzinə
çevirənləri nəzərə alan mütəxəssislər onlar üçün gecələr də görünən
qolf topu ixtira ediblər. Bu toplar işıq saçır və çox uzaq məsafələrdən
rahatlıqla görünür. Səs keçirməyən pəncərələr:
bu pəncərələr səs keçirməməklə yanaşı, istiliyi normal pəncərələrdən
daha yaxşı qoruyur. Bu şüşələrə xüsusi maddələr əlavə olunub və onlar
elastikliyi sayəsində səsləri geri qaytarır. Sözügedən şüşələrin yaxın
5 il ərzində satışa çıxarılması gözlənilir. Özünü təmizləyən geyimlər:
Bu ixtira yəqin ki, ən çox qadınları sevindirəcək. Hər halda paltar
yumaq evdar qadınların bir nömrəli problemlərindən sayılır. Sözügedən
geyimlər Amerika ordusu üçün nəzərdə tutulub. Xüsusi parçadan
hazırlanmış bu paltarları həftələrlə yumağa ehtiyac yoxdur. Bu təkcə
əsgərlər üçün deyil, subay kişilər üçün də gözəl xəbərdir. Güllə keçirməyən paltar:
Güllə keçirməyən geyim dedikdə, insanın ağlına həmişə polislərin
geyindiyi qalın jiletlər gəlir. Ancaq artıq bu qədər qalın, ağır və
kobud geyimlərə ehtiyac yoxdur. Heç kinorejissorlar belə, sözügedən
geyimlərin belə sürətlə inkişaf edəcəyini düşünməmişdilər. Bu geyimlər
güllə keçirmir, bıçaqlanmanın qarşısını alır, çəkisi isə cəmi 3
kiloqramdır. Zəng edə bilən bitkilər:
Nyu-York Universitetinin ərsəyə gətirdiyi sözügedən ixtira bitkilərin
sahiblərinə zəng etməsinə imkan verir. Bitki susuz qaldığı vaxt yaddaşa
qeyd edilmiş nömrəyə zəng vuraraq sahibini bundan xəbərdar edir.
Əvvəlcədən hazırlanmış audio-yazı vasitəsilə bitkinin susuz olduğu
bildirilir. Olduqca sadə görünən bu icad danışa bilməyən bitkiləri
“başa düşməkdə” böyük rol oynayır. Yuxunu hiss edən avtomobil:
Araşdırmalar göstərir ki, avtomobil qəzalarının başlıca səbəblərindən
biri də sükan arxasında yatmaqdır. Bunu nəzərə alan “Mercedes-Benz”
firması sürücünün yuxusunu hiss edən avtomobillər istehsal etməyi
planlaşdırır. Hələ təcrübə mərhələsində olan bu avtomobillərin yuxunu
hiss etdikdən sonra sürücünü oyandırması qəzaların azalmasında böyük
rol oynayacaq.