Belədə diqqət və informasiyanı vizual qəbul etmək imkanları azalır. Pensilvaniya universitetinin əməkdaşları apardıqları eksperimentlər nəticəsində yuxusuzluqdanəziyyət çəkən insanlarda beyinin qeyri-ixtiyari diqqət funksiyalarını "söndürməsini" aşkarlayıblar. Bu hadisəni alimlər elektrik naqillərində cərəyanın qəfildən aşagı düşməsi ilə müqayisə edirlər. Yuxusuz qalan insanın beyin fəaliyyətindəki qüsurlar beyinin bəzi sahələrində qan dövranının ani dayanmasından irəli gəlir. Bütün bu faktlar dəqiq tomoqrafik araşdırmalar nəticəsində müəyyənləşdirilib. Mütəxəssislərin rəyinə əsasən, yuxusuzluq insanın yalnız səhhəti üçün deyil, təhlükəsizliyində də ciddi problemlər yarada bilər. Misal üçün, sükan arxasında olanların qısamüddətli diqqətsizliyi yol qəza hadisələrinə zəmin yaradır. Eyni sözləri yüksək diqqət tələb edən digər peşə sahibləri haqqında da demək mümkündür.
ay brat mən tələbə vaxtə həftənin 3 gününü işlə əlaqədar oyaq qalırdım səhəri də UNİVERSİTETƏ gəlirdim .4 il belə keçirtmişəm heç bir problem zad yoxdu əslində gecə oyaq qalanda çoxlu kitab oxuyurdum.əyər bu qədər ziyanə olsa onda NAPALYİN sutqada 2 saat yatırmış onunla belə dünyanı fəth etmək istəyirmiş hələ deyirmiş ki o 2 saatı da gərək yatmazdım