Main » 2008»İyun»24 » Klaviaturada unitazdakı qədər bakteriya var
Klaviaturada unitazdakı qədər bakteriya var
16.14
Klaviaturada unitazdakı qədər bakteriya var
İngiltərəli alimlər kompyuter klaviaturasında unitazdakı qədər
bakteriya olduğunu üzə çıxarıblar. Klaviaturadakı milyonlarla
bakteriyanın istifadəçilərdə ishal, qusma və buna bənzər hallar doğura
biləcəyi fikrini ortaya atan mütəxəssislər sözügedən bakteriyalar
arasında kolibasili və infeksiyalara səbəb olan stafilokokun da yer
aldığını açıqlayıblar. “Which?” adlı elmi jurnalda yayımlanan bu
araşdırma çərçivəsində alimlər 33 klaviaturanı incələyiblər və buradakı
bakteriyaları unitazlar və tualet qapılarının dəstəklərində olan
bakteriyalarla müqayisə ediblər. Təcrübə zamanı məlum olub ki, bir
klaviaturada unitazdakından 5 dəfə artıq bakteriya və mikrob var.
Alimlər bu kirliliyin normal səviyyədən 150 dəfə artıq olduğunu
bildiriblər. Klaviaturada bakteriyaların çoxalmasının başlıca səbəbi
kimi istifadəçilərin kompyuter qarşısında yemək yeməsini göstərən
mütəxəssislər yemək qırıntılarının bakteriyaların sürətli artımında
xüsusi rol oynadığını açıqlayıblar. Alimlər istifadəçilərin gigiyena
qaydalarına diqqət yetirməməsinin və əllərini yumamasının da kirliliyi
artırdığına diqqət çəkiblər.