İngiltərədə aparılan yeni bir araşdırmada iş yerlərində stresin kəskin ürək xəstəliklərinə yol açdığı sübut edilib. Araşdırma nəticəsində həmçinin stresli şəraitdə işlədikləri üçün xronik stres problemi yaşayan insanların ürək xəstəliklərindən ölmə faizinin digərlərindən 68 faiz daha çox olduğu məlum olub. Araşdırmaya görə, stres nəticəsində ölənlərin arasında gənclər üstünlük təşkil edir.
Araşdırmada stresin yol açdığı ürək infaktından ölənlərin arasında yaşı 50-dən az olanlar çoxluq təşkil edir. Araşdırmaçılar stresin ciddi və hətta ölümcül fiziki xəstəliklərə də səbəb olduğunu bildirirlər. Nəticələr 1985-ci ildən bu günə kimi İngiltərədə nazirliklərdə çalışan 10 min məmur üzərində aparılan araşdırmaya söykənir. Nazirliklərdə məmur olaraq çalışanların onda birinin xroniki stresdən şikayətçi olduğu qeyd edilir.
|