Main » 2008»İyun»14 » Suyun sirrini daşıyan adam - Çingiz Aytmatov
Suyun sirrini daşıyan adam - Çingiz Aytmatov
17.15
Bu gün Çingiz Aytmatov dəfn ediləcək
Mərhumun cənazəsi bütün şəhərdən keçirilməklə ölkənin cənub darvazasına aparılacaq
Bu gün tanınmış qırğız yazıçısı Çingiz Aytmatov dəfn ediləcək. Yazıçı ilə vida mərasimi Qırğızıstan Dövlət Filarmoniyasında keçirilir. Vida mərasimində bir sıra dövlət rəsmiləri və nazirlər də iştirak edirlər. Vida məraisimi Ala Too meydanında davam edəcək. Burada respublika himni sədaları altında dövlət bayraqları endiriləcək və bir dəqiqəlik sükut olacaq. Vida mərasimindən sonra mərhumun cənazəsi bütün şəhərdən keçirilməklə ölkənin cənub darvazasına aparılacaq. Qeyd edək ki, bu gün saat 14.00-a kimi Bişkekin əsas magistral yollarında nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Dəfn mərasimi ilə əlaqədar olaraq hüquq mühafizə orqanları da gücləndirilmiş iş rejimində işləyəcəklər. Dəfn mərasimində Azərbaycandan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Yazıçılar Birliyinin sərdi, Xalq yazıçısı Anar iştirak edir. Qeyd edək ki, tanınımış yazıçı Çingiz Aytmatov iyun ayının 10-da Almaniyada müalicə edildiyi xəstəxanalardan birində ölüb.
Aytmatov....(((( uşaqlıqımın en deyerli vaxtllarında menimle birge olan kitapların....o vaxtlar oxuyanda mene cox qeribe gelirdi her şeyi başa duşe bilmirdim...deniz kenarıyla qacan alabaş... nidalar ...suallar ..boşluqlar.. !!! ??? ____ ama indi başa duşurem indi başa duşuremki men onu başa düşe bilmerem..onu başa duşen dunyada 1 hefer var oda Çingiz Aytmatov..bilirsiz söhbet neden gedir söhbet Tanrı dağlarından axıb gelen Şeker çayının verdiyi ilhamdan gedir...Mezarın nurla dolsun ATA....