Beynəlxalq Olimpiada Komitəsi 2016cı ilin yay olimpiadalarında iştirak edən şəhərlərin qısa siyahısını elan edib. Ainadakı sessiyada BOKun prezidenti Jak Roqqe 4 şəhərin adın çəkib. Bunlar Çikaqo, Tokio, Rio-de- Janeyro və Madriddir. Komitet 3 paytaxt şəhərin ərizəsin qəbul etməyib. Bunlar Praqa, Doxi və Bakıdır. 4 şəhərin iştirakçıları isə 2009cu il oktyabr ayının 2si BOKun Kopenqanqedəki sessiyasında səs vermə yolu ilə seçiləcək. “Nədən Bakı bu siyahıya düşmədi “ sualına isə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə cavablandıraraq deyib ki: “ Biz bundan kədərlənmirik. Bizi ruhdan salan budur ki, qısa siyahıya düşmədik. İlk dəfədən ora düşmək asand iş deyil. Bizim konkurentlər güclü idilər, bunun üçün də biz öz şansımızı qiymətləndirirdik və başa düşürdük ki, bu gün onların oyununu udmaq çox çətindir.”.
|