Main » 2008»May»22 » "Linkin Park"ın yaranması haqqında...
"Linkin Park"ın yaranması haqqında...
21.45
Linkin Park"ın yaranması haqqında...
Linkin Park 1990-1991-ci illerdə qrupun indiki üzvləri olan Mike ve Brad tərəfindən yaradılmağa başlandı. Bu iki dost qrup yaratmaq fikrinə hələ məktəbdə oxuyarkən gəlmişdilər. Daha sonra qrupa Joe, Rob və Phoenix gəlir və qrup 1996-cı ildə Xero adiyla Kaliforniyada fəaliyyət göstərməyə başlayır.
Qrup Xero adından 1999-cu ilə qədər istifadə edir. 1999-cu ildə qrupa müğənni Chester Bennington gəlir və Chester-in gəlməsiylə də qrupun adı dəyişir. Qrup ”Linkin Park” adlanmağa başlayır. Qrupun ilk albomu “Hybrid Theory” adlanır. Bu albomda olan “Crawling” və “One step closer” adlı mahnılar hər kəs tərəfindən sevilir və “Linkin Park” 2002-ci ildə “Hybrid Theory” albomuyla 3 Grammy mükafatı qazanır. Qrupun 2-ci albomu 2003-cu ilidə “Meteora “adıyla cıxır. Bununla da “Linkin Park” daha bir uğurunu qazanır. 2004-cü ildən ise onlar repper Jay-Z ilə işləməyə başladılar. Qrupun son albomu isə bu il “Minutes to Midnight” adı ilə çıxdı.
Qrupun üzvləri: • Chester Bennington • Joe Hahn • Mike Shinoda • Brad Delson • Rob Bourdon • Dave "Phoenix" Farrell
Qrupun albomları:
Xero Sampler Tape (1997) Hybrid Theory EP (1999) Hybrid Theory (2000) Reanimation (2002) Meteora (2003) Collision Course (2004) Minutes to Midnight (2007)
Çox təəssüf ki, məndə ancaq “Minutes to Midnight” albomu var.. Qrupun üzvlərindənsə Chester Bennington-a fanatlıq edirəm.. Əla səsi var... Məlumata görə thnks...