-Ah sevgi,mən necə də sənin kimi olmağı arzu edirəm-eşq məftunluqla söylədi.Sən məndən çox güclüsən.
-Heç bilirsənmi ki,mənim gücüm nədədir?-sevgi düşüncəli soruşdu.
-Çünki sən insanlara daha vacibsən.
-Yox,əzizim,səbəb bunda deyil.Mən bağışlamagı bacarıram.Bu məni əvəzedilməz edir-sevgi gülümsəyərək dedi.
-Sən satqınlıgı bagışlamagı bacararsan?
-Bacararam,çünki bu bilməməzlikdən baş verir,pis niyyətlə edilmir.
-Sən xəyanəti bagışlayarsan?
-Bağışlayaram,çünki xəyanət etmiş və geri dönmüş şəxs deməli müqayisə edib yaxşını seçməyi bacarıb.
-Sən yalanı bagışlayarsan?
-Əlbəttə.Yalan danışan ya öz günahını bilir ki yalan deyir,ya da
başqasına daha da əzab vermək istəmir,bu isə yaxşı xüsusiyyətdir.
-Mən belə fikirləşmirəm,axı dünyada sadəcə yalana öyrəşmiş insanlar var.
-Düzdur,amma onların mənə heç bir aidiyyəti yoxdur,çünki onlar sevə bilmir.
-Daha nələri bağışlaya bilərsən?
-Mən qəzəbi bağışlayaram,çünki ömrü qısa olur.Kobudluğu
bağışlayaram,çünki o çox vaxt kədər gətirir,kədəri isə əvvəlcədən
bilmək olmur.Hərə bir cür kədərlənir.
-Sonra?
-İncikliyi,ümidsizliyi bağışlayaram,çünki iztiraba səbəb olur,iztirab isə insanı saflaşdırır.
-Ah sevgi,sən doğrudan da fövqəladəsən.Sən hər şeyi bağışlayırsan,mən
isə qığılcım kimi birinci sınaqdaca sönə bilərəm.Mən sənə heyranam.
-Bax burda haqlı deyilsən.Hamı hər şeyi bağışlaya bilmir,hətta sevgi belə.
-Axı sən indicə mənə başqa söz deyirdin!
-Yox,sənə dediklərimi mən dogrudan da bağışlayıram.Amma elə bir şey var
ki onu hətta mən də bağışlaya bilmirəm.Çünki bu hissləri öldürür,qəlbi
yeyir,hüznə və dağıtmaga gətirib çıxarır.Bu elə ağrı verir ki,hətta ən
böyük möcüzələr də kömək etmir.Bu ətrafdakıları zəhərləyir və insanı
özünə qapanmağa gətirib çıxarır.Bu xəyanətdən və satqınlıqdan güclü
yaralayır,inciklik və yalandan artıq təsir edir.Özün qarşılaşanda ancaq
bunu başa düşəcəksən.Yadda saxla hisslərin ən böyük düşməni
odur-laqeydlik.Onun dərmanı yoxdur.