Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-04-28, 19.23MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » May » 19 » Sevgilin səninlə evlənmək istəmir?
Sevgilin səninlə evlənmək istəmir?
00.08
Məsləhət 1.

Bu vaxta qədər qadın jurnallarında oxuduğun, kinolarda gördüyün şeyləri unut. Həyatda evlilik təklifini heç də həmişə kişilər etmirlər. Onlara qalsa, əbədi subay olarlar. Əgər oğlanın sevdiyi yoxdursa, seçim edə bilmirsə, biganədirsə, onu evlənməyə valideynlər məcbur edir. Özləri qız tapır, elçilik edir. Yox, əgər, oğlanın sevdiyi varsa və başqa qızlara tərəf baxmırsa, onda ailə kənara çəkilir. Çünki «yad gözəlçə»ni asanlıqla gəlin qəbul etmək hər ailənin işi deyil. Burada oğlana təsir birbaşa qızın özündən asılıdır. Amma bir şərtlə ki, siz həm öz hisslərinizə, həm də oğlanın sizə olan sevgisinə əmin olmalısınız.
Məsləhət 2.

«Müstəqillik, azadlıq, qadın kişi ilə eyni hüquqa malikdir» kimi feminist çıxışları heç olmasa müvəqqəti olaraq bir kənara qoy. Sözünü yeridən qızlardan kişilərin xoşu gəlmir. Hətta o sizi sevsə də evlənməyə çox tərəddüdlər keçirəcək. Əksinə, mülayimləş, utancaq ol, köməyə, qayğıya ehtiyacın varmış kimi davran. Kişilər özlərindən zəif qadınlarla daha tez evlənirlər. Əgər sənin kişi kimi mərd xasiyyətini bəyənib sevibsə, evlənmək üçün daha qadınsayağı obrazda olmaq lazımdır.
Məsləhət 3.

Heç vaxt öz intim qabiliyyətini və maraqlarını kişiyə açma. Məhrəm görüşlərdə kitablardan, kinolardan və internetdən öyrəndiyin üsulları tətbiq edib, onu çaşdırma. Kişilər ehtiraslı və cazibəli qadını sevir, lakin onlarla evlənmir. Utancaqlıq, utancaqlıq, yenə də utancaqlıq… Bir sözlə, dünyadan xəbərin yoxdur.

Məsləhət 4.

Heç vaxt onun yanında yemək bişirməyi, ev yığışdırmağı, bazarlıq etməyi bacarmadığından və xoşlamadığından fəxrlə danışma. Mətbəxdə və ev işlərində arvadına kömək edən kişiləri tərifləmə. Kişi üçün evdə mətbəx ən arzuolunmaz yerdir. Yaxşı yemək isə onun üçün ölüm-dirim məsələsidir. Hətta ən işgüzar və müasir kişi belə dadlı yeməkdən imtina etməz.

Məsləhət 5.

Tənqiddən uzaq dur. Heç vaxt oğlanın ailəsi, işi, hobbisi, dostları, qohumları, fikirləri və vərdişlərini tənqid etmə. Xüsusən, yad adamlar içində. Onun xəyal və arzularını bölüş: maşın almaq istəyir, lap yaxşı. «Nə edirsən maşını? Ondansa səyahətə gedərik» deməkdənsə, «Əzizim, bizim maşınımız da, evimiz də olacaq. Mən çox istəyirəm ki, sən nə arzulayırsan, onu alasan» deməklə, siz oğlanda ümid yaradarsınız. O, fikirləşəcək ki, sən həyatda ona arxa-dayaq, köməkçi ola bilərsən. Əgər oğlan evin tək oğludursa və ya ata-ana ilə o qalmalıdırsa, ayrı yaşamaq və şəxsi ev haqqında arzularını hələlik kənara qoy. Əgər oğlanın geyimini, xasiyyətini, davranışını bəyənmirsənsə və bunu hər dəfə onun üzünə vurursansa, bundan bezən oğlan axırda deyəcək: «Əgər mən belə pisəmsə, bəyənmirsənsə, get, yaxşısını tap». Və bu sözündə o, haqlıdır.

Məsləhət 6.

Fikirləş, nəyə görə sevdiyin insan ailə qurmaqdan söhbət belə açmır. Nədən çəkinir? Ola bilər ki, səbəb səndə deyil. Və yuxarıdakı məsləhətləri etməyə ehtiyac yoxdur… Oğlanı nikahdan çəkindirən onlarca maddi, mənəvi, psixoloji səbəb var. Bunlardan hətta bəziləri sənə qəribə və gülməli gələ bilər. Məsələn, elə oğlan var ki, toyda bəy rolunu oynamaqdan və ya öz toyunun qüsurlu olacağından qorxur. Eləsi var ki, toyqabağı hazırlığa tab gətirə bilməyəcəyini düşünür. Bu qorxu hissini psixoloji təsirlə aradan qaldırmaq olar. Eləsi də var ki, evlənəndən sonra acından öləcəyini düşünür.

Məsləhət 7.

Əgər heç nəyin xeyri yoxdursa, o zaman bir əlac qalır: onu «yerindən tərpətmək» və nikah masasına itələmək üçün düşünülmüş planlar qurmaq. Məsələn: bir xanım 4 il görüşdüyü oğlanla evlənmək üçün bu üsuldan istifadə edib: oğlanın familiyasından xoşlandığını və belə bir familyanı arzuladığını deyib. Nəticədə, oğlan ona bu arzusuna çatmaqda kömək edib. Digər bir qız isə əvvəlcədən baxıcı ilə danışaraq, oğlanı onun qəbuluna aparıb. Baxıcı oğlana tezliklə ailə qurmağı məsləhət görub. Çünki yalnız ailə qurandan sonra oğlanı böyük uğur və pul gözləyirmiş. Təbii ki, bu fikir oğlanın beyninə batır və evlənmək üçün real namizəd axtarır və təbii ki, yanındakı qızı daha münasib bilib. Ovcundakı nağdı qoyub, nisyənin dalınca kim düşər? Bir qız isə daha da irəli gedərək, riskli bir plan düşünür. Özünü xəstəliyə vurub, tanış həkimin vasitəsilə xəstəxanaya yerləşdirilir. Təbii ki, qızın sağalması və yaşamağa ümidlənməsi üçün sevgilinin köməyinə ehtiyac olur. Nəticə: qız elə xəstəxanadaca oğlandan evlilik təklifi alır.


Unutmayın: qəlbə hökm etmək, güclə evlənmək olmaz. Yuxarıdakı məsləhətlər bir-birini sevən, uzun müddət bir-birini tanıyan cütlüklərə aiddir. Hələ təzəcə tanış olmuş və yaxud oğlanın ciddi münasibət bəsləmədiyini bilən qızların nə yolla olursa-olsun oğlanı evlənməyə təhrik və məcbur etməsi düzgün deyil. Hər bir addımı atmamışdan əvvəl fikirləşin: buna dəyərmi? Və O həqiqətənmi həyatınızı etibar edəcək kişidir? Əgər fikirləşsəniz, bəlkə də nəticə başqa cür olacaq.

Category: Qadın dünyasi | Views: 2213 | Added by: Freak | Rating: 5.0/2
Total comments: 16
2009-07-26
16. FERID (FERID) [Giriş ]

evliliye aparan yol iliwkiden aslidi.Guven,sayqi,bir birini basa dusmek,SEVGI bide ailene layiq,seviyye uygunluguda varsa bu iw olur biggrin

2008-07-26
15. sabina (sabisha) [Giriş ]

oglan getiyyetli deyil.Esl kishi olsa alar onu bele seven qizi.balansi qorumagi bacarsa ailede de soz sohbet olmaz.hem ne bilir ki yola getmeyeckler.?. ele gelin qaynana var evlenene geder deyirsen bunlardan mehribani yoxdum qaynanaya baxirsan deyirsen melekdi evlenenden sonra buynuzlari chixir.

2008-05-30
14. miss lawyer mrs.Veten qızı (leman) [Giriş ]

amin

2008-05-29
13. Vusale (Vuska) [Giriş ]

he demeli bele qiza da oglana da sebr arzu edirem qoy butun sevenler aile qursun tebii ki esl sevgiden sohbet gedir. hec kimin arzusu ureyinde qalmasin

2008-05-29
12. miss lawyer mrs.Veten qızı (leman) [Giriş ]

elbetde ferqi yoxdur yashin, ele aileler coxdu hansi ki qadin kishiden yashca boyukdur, men ozumun fikrin yaziramki kishinin boyuk olmasi yaxshidir, onda qadinin da sevgisi super olur, men shexsen ozumden balacani seve bilmerem, qardashim kimi baxiram... mektebde oxuyanda bir ushag vardi 5de oxuyurdu men de 9da gede ilishmishdi mene, menim gozumde o ele gorunurdu ki ele bil oz oglumdur.ona gore mene catmir ozunden balaca ile evlenmek. bir de Azerbaycanda mod halini alib xalaqizi xalaoglular hamsi bir irile evlenir.... o da catmir mene.... neise qaynana meslesi duzdur dee, Azeri qadinlar oz glanlarin qisqanirlar, ele ona gorede xalaqizi xalaoglu evlenir,oz bacisinin qizin alirki oglu xalasiqizi kimi sevsin, qiz kimi yox biggrin qaynanalrin qisqancligi uzunden ne qeder aileler dagilir,ona gore de hemishe calish qaynanava acig ver olanda biggrin biggrin tongue wink o paranin da axiri oglanla qiz olurler birbiriucun, ancag yene qaynana meslesi, oglan qizi anasiyla qorxuzur az qala, oglanin anasinan adi gelende qizi esmece tutur, arvad nece defe zeng eleyib qiza ki oglumdan uzag dur,ah zeng eleyirki men oglanin nishnlisiyam gah bacisiyam gah hedeleyr qiziki valideynlerine deyecem... qizin hec vecine de deyil.... oglan da her defe anasiyla dalashriki zeng eleme o qiza,kime deyirsen..... o qizin sevgisi ilahidir eee, nece sevir oglani, o oglan bir az soyuglayanda qizin ureyi partlayir, deyirki kash imakn olardi gedib sagladardim onu, ele agl\yir... oglan da qizi cooox sevir, sadece qaoali saxlayir sevgisin... onlarin axiri yoxdur mence, cunki oglan atkaz edir qizaki evlenmirem seninle,anasina gore,anasinin heyasizligin bilir axi.... neise...

2008-05-29
11. Vusale (Vuska) [Giriş ]

leman sen kefsen ey deyirsen qaynanasi cirar gelini ne qeder guldum Allah seni guldursun. Ardini yazarsan da gorek paralarin axiri nece olur. yaw ferqine de qalanda ay Leman heyatdi da her wey olur en yaxin podruqamin anasi atasindan 5 yaw boyukdu. Yeqin qismetdi de

2008-05-27
10. miss lawyer mrs.Veten qızı (leman) [Giriş ]

vuska bir dene de heyatda olan ve davam eden ilishkiden men yazim... 2004cu ilden bu gune kimi bir qiz bir oglanla gorushur,oglan qizdan 6 yash boyukdur.. qiz ozu yaxinlashib oglana tanish olub,,,,ozu de cox cox sevir oglani, di gel ki oglanda qordi oglandir qiz da,bunlarin sozleri hec ustuste duhmur de,it pishik kimidirler.... 1 hefteden 1 kusurler,aglashma qururlar ikiside sonra brishirlar..ozu de gicgic sheylerin ustunde dalshirlar ee, sen niye gec zeng eledin,niye adboy getdi, niye smsime gec cavab yazdin... qisqancliqdir. ozu de oglan da qiz da cooox gozeldirler..... bu qiz oglana ayxinlashanda dedilerki o oglan senilk deyil de o hec kimi sevmir, mezelenir qizlaralr...1-2 ay sonra hami qizdan sorushurdu ki sn neyledinki o ele deyishib? oglan hec vaxt qiza sevgisin demir de, deyirki seni cox istiyirem, itirmek istemirem,ancag sevmirem, qizda deli olurki meni niye sevmir bu,,,, fikir eleyir.. en boyuk problemse odur ki ogaln deyirki men seninle evlenemyecem, cunki valideynlerim deyib ki biz kimi alsaq onunla da evlenmelisen, oglan da utanir anasina desin ki sevdyim qiz avr, qizda da hemcinin, acag qiz her shey razidir teki oglanla evlensinler....oglnin da anasi allah gostermesin esl qaynanadir eee, cirar gelini...oglan da bunu bilerek qiza deyirki sen menim anamla yola getmersen,ve menim anama bir soz desen seni oldurerem,anam menimcun en boyuk varlqdir.... cox qeyri adi paradir bunlar...nece ildi gorushurler, nece defelerele olu ki ayrilblar guya, en coxu 1 ay cekir ayriliqlari, srazu barishirlar, guya hec ne olmayib yene can bir qefes olurlar.... oglan qizi olumune sevir,lakin demir qiz da eziyyet cekir buna gore... qizda oglana inanmayanda deyirki anavin canina and ic...icmedise demeli yalan deyir, icdise demeli duzdur.... yene azacam onlardan

2008-05-26
9. miss lawyer mrs.Veten qızı (leman) [Giriş ]

anlamadim ee suali... yani qizla oglan yashitdirsa??? onda sevgi mohkem olur mence, amma tez sonur .... ne qeder oglan boyuk olsa bir o qeder aile ve sevgi mohkem olur.... hemyashlarin fikri eyni olur, ve ya ustuste dushmur deyene dava dalsh cox olur.... amma kishi boyuk olanda en esasi dunya gorushu olanda oxuyanda savadli olanda onun fikrine yoldashi hormetle yanshir...men demirem ee qadinin sozu kecmesin... qadinin idare etdiyi aile daha mohkem olur... ancaq kishi evde arxa dayag rolundadir hem de, onun sozune hormet lazimdir, indi o 22 yashli ushagin sozuilee 27 yashli qiz oturub durmaycag ki...deyeceksen ki leman kim deyib bunlari sene, men huquqda oxuyuram, praktikama esasen danishiram, hem de savadli insanalrla sohbeti cox sevirem,,, heyatdaki statistikalra esasen bilirem buna aid sheyleri...

2008-05-26
8. Vusale (Vuska) [Giriş ]

Leman cox sagol yazdigin fikirlere gore menimcun maraqli oldu. Bes eger qiz 27 yawda gorsenmeyib ele 21-22 yawda gorsenirse onda nece?

2008-05-25
7. miss lawyer mrs. Leman (leman) [Giriş ]

vauuuuuuuuuuuuu ela meslehetdirler..mence butun yazilanlar duzdu.... amma oglan qanmazdirsa,onuncun yag bal da olsan qanan deyil... ele oglanlar varki qiza ele bele baxirlarki he gorushum bir-iki defe sonra ataram, amma sonra qiza ele baglanirlar ki..... hec ozleri ayrilmag istemirler... Vusale mence senin yazdigin qiza dene ki o oglana inanmasin, cunki 22yashli oglanla 27 yashli qiz hec vaxt duz gelmez, qiz oglandan cox bilende disbalans olur. evvel axir o 22 yashli oglan qoca arvadina xeyanete decek, ona gorede ozunden boyuyu sevsen daha yaxshidir... men de bir shey azacam sonra...

2008-05-20
6. Vusale (Vuska) [Giriş ]

tongue

2008-05-20
5. Vusale (Vuska) [Giriş ]

schmoll

2008-05-20
4. xancan (admin) [Giriş ]

ayaaalla yaxşi bağişla console

2008-05-20
3. Vusale (Vuska) [Giriş ]

bunu movzu kimi yazmadim ki, ele bele ozumcun maraqlidi ona gore yazdim sad

2008-05-20
2. xancan (admin) [Giriş ]

ay vuska sene movzu de deyende bele movzu demedee be

2008-05-20
1. Vusale (Vuska) [Giriş ]

men bir cutluk taniyairam 2 ilden coxdu ki bir yerdedirler amma oglan qizdan 5 yaw balacadi qizin 27 yawi var oglanin ise 22 Qizi evden bawqasina vermek istyirler, amma oglan da ailseni gondere bilmir ki evde hele razi deyiller amma deyir sen meni gozle men seni mutleq alacam. Sizce bele bir veziyyetde qiz ne etmelidi yazsaz cox yaxwi olardi

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024