Main » 2008»Aprel»25 » Hollivud ulduzu Leonardo Di Kaprio Azərbaycanda filmə çəkiləcək...
Hollivud ulduzu Leonardo Di Kaprio Azərbaycanda filmə çəkiləcək...
15.51
Məşhur Hollivud aktyoru, Titanik filmində yaratdığı baş rola görə Oskar mükafatına layiq görülən Leonardo Di Kaprio Azərbaycanda filmə çəkiləcək. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, film ABŞ və Rusiyanın birgə layihəsi əsasında çəkiləcək. Kral üçün məktub adlanacaq filmin çəkilişləri Azərbaycan, Moskva və Los-Ancelesdə aparılacaq. Filmin prodüseri Leonardo Di Kaprio və aktyor Djimon Hounsdur. Filmdə tanınmış aktyor ansamblı iştirak edəcək. Filmin süjet xətti barədə hələ ki, geniş məlumat verilmir. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin milli filmlərin təbliği və istismarı sektorunun müdiri Yusif Şeyxov isə APA-ya açıqlamasında bu barədə məlumatı olmadığını bildirib.